Rusiyanın enerji şirkəti “Qazprom” Ukrayna üzərindən Avropaya çatdırılan təbii qazın həcmini iki dəfə artırıb.
Diaspor info-əldə etdiyi məlumata istinadən xəbər verir ki, Slovakiyanın Eustream təbii qaz ötürmə şirkəti bu barədə məlumat yayıb. Bildirib ki Rusiyanın Ukrayna sərhədindəki Velke Kapusany limanı vasitəsilə Slovakiyaya təbii qaz nəqli artıb. Bu gündən tutmuş Ukrayna üzərindən Slovakiyaya 80 milyon kubmetr təbii qaz daşınacaq. Bu miqdar daha əvvəl gündəlik 48,4 milyon kubmetr idi.
175