“Jurnalistlərin güzəştli ipotekadan istifadə imkanları məhz onların mənzil problemləri həlli baxımından vacibdir”. Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, güzəştli ipoteka aşağı faizlə təklif olunan ipoteka kreditləri və dövlət büdcəsi hesabına mailiyyələşdirilir: “Jurnalistərin bu imkandan faydalanması həm də onların sosial təminatının gücləndirilməsi baxımından vacib hesab olunur. Eyni zamanda güzəştli ipoteka 4 faizlə 100 min manat maksimum məbləğ olmaq şərti ilə, eləcə adi ipoteka və digər daxili ipoteka kreditlərinə nisbətən daha az ilkin ödəniş məbləği ilə təklif olunur. 2022-ci ildə dövlət büdcəsinin ipoteka kreditlərinin verilməsinə ayrılan vəsaitin həcmi də 20 faiz artırılacaq. Bu da jurnalistlərin daha çox kredit əldə etmək imkanları deməkdir. Nəzərə alaq ki, jurnalistlərin bir qismi əmək müqaviləsi ilə çalışmır, xidməti müqavilə ilə çalışır. Ama qanunvericilik xidməti müqavilə ilə çalışan vətəndaşlarımızın ipotekaya mücariət hüququ verir. Ona görə xidmət müqaviləsi ilə çalışan vətəndaşlarımız ipoteka kredilərinə müraciət edib istifadə etməsi məqsədə uyğun olardı. Təbii ki, bəzi jurnalistərin xitməti müqavilə ilə çalışdıqları halda əməkhaqqı da yüksək deyil. Mövcud qanunvericiliyə əsasən həmin jurnalistlər öz ailəvi üzvləri ilə birgə müraciət edib, kredit götürərək mənzil alma imkanına malikdirlər. Ona görə də mövcud qanunvericiliyin və kreditləşmə ilə bağlı qaydaların yaratdığı imkanlardan faydalanmaqla jurnalistlərin güzəştli ipoteka kreditlərinə müraciət etməsi məqsədəuyğun olardı. Çünki güzəştli ipoteka kreditləri mənzil problemlərinin həlli baxımından vacibdir”.
Müəllif: Abutel İlhamqızı
224