Ötən il qeyri-neft sektorunda fəaliyyət göstərən ƏDV ödəyicilərinin dövriyyələrində qeydə alınan müsbət dinamika iqtisadiyyatımızda şəffaflaşmanı və leqallaşmanı ifadə edir.
Diaspor info-xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün sosial media hesabında yazıb.
O bildirib ki, bu göstərici xidmət sahəsində 62,6 faiz, ticarətdə 30,7 faiz, iaşə obyektlərində 28,7 faiz, sənayedə isə 23 faiz olub.
178