Avropa İttifaqı (Aİ) Rusiya ilə müharibə vəziyyətində olan Ukraynaya 90 milyon avroluq təcili humanitar yardım veriləcəyini açıqlayıb.
Diaspor info-nun əldə etdiyi məlumata istinadən xəbər verir ki, Aİ Komissiyası Ukraynada humanitar vəziyyətin pisləşdiyini və təcili yardımın ölkəyə göndəriləcəyini bildirilib.
Məlumatda yazılır: “Ukraynadakı müharibədən zərər çəkmiş mülki insanlara dəstək vermək üçün təcili yardım proqramları üçün əlavə 90 milyon avro ayrıldı. Bu resurs ukraynalıların qida, su, sağlıq və sığınacaq kimi əsas ehtiyaclarını qarşılayacaq.
Aİ Ukraynanın qonşu ölkələri ilə daim təmasdadır və daha çox yardım edə biləcək”.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumları davam edərkən bir çox insan Polşa, Macarıstan, Rumıniya, Moldova və Slovakiyaya sığınıb.
Rusiya fevralın 24-dən Ukraynaya hücuma keçib.