“Taxılın bahalaşması gözlənilir, hətta bahalaşmağa da başlayıb. Bildiyiniz kimi hazırda Rusiya ilə Ukrayna arasında mübaribə davam edir. Bu iki ölkə dünya taxıl təlabatının 30 faizini təşkil edirdi”. Bu fikirləri Diaspor info-ya açıqlamasında iqtisadçı Asif İbrahimov bildirib.
Onun sözlərinə görə, Rusiyaya tətbiq edilən sanksiya və qadağalar artıq Rusiyada müəyyən çətinliklər yaratmağa başlamışdı: "Öz məhsullarını ixrac edə bilmirdilər, xammal əldə edə bilmirdilər. Bir çox ölkələr onların məhsullarını almaqdan imtina edir və s. Ukraynada isə digər bir problem istehsal etdiyi taxılın 95 faizini dünya bazarına çıxara bilməməsidir. Bunun bir səbəbi orada baş verən dağıntılardır. Eyni zamanda Qaradənizdə yerləşən Ukrayna portlarının hamısının Rusiya nəzarətinə keçməsidir. Yəni Qaradəniz vasitəsilə də ixrac etmək mümkün olmayıb. Bilirsiniz ki, Azərbaycana və Azərbaycan tipli ölkələrə məhsulları Rusiya, Belarusiya vasitəsilə quruyolu ilə, eyni zamanda Qaradəniz vasitəsilə daşınması həyata keçirilirdi. Düşünürəm ki, Azərbaycanda sentyabr və oktyabr aylarında bu sahədə ciddi problemlər yarana bilər, taxılın qiymətinin artması çörən qiymətində də bahalaşmaya səbəb olacaq. Bunun qarşısını almaq üçün bir çox tədbirləri vaxtında həyata keçirmək lazımdır. Əkinə yararlı torpaqların məhv edilməsi, tədbirlərin vaxtında yerinə yetirilməməsi torpaqların şoranlaşmasına səbəb olub və bu müvafiq dövlət qurumlarının fəaliyyətsizliyi nəticəsində baş verib. Bunu dərk etmək lazımdır ki, dünya ərzaq qıtlığının astanasındadır. İndiki vəziyyət çox ağır və təhlükəli vəziyyətdir. Bu sahədə yerli istehsalı gücləndirməliyik. Şoranlaşma baş vermiş torpaqlarda təxirəsalınmış tədbirlər həyata keçirilməlidir. Fermerlərin fikirləri bir-bir təhlil olunmalıdır. Fəaliyyət planı hazırlanmadan öncə onlarla görüşülüb, fikirləri alınmalıdır. Bir çox tədbirlər həyata keçirilməlidir. Ərzaq qıtlığından çıxmağın ən yaxşı yolu daxili istehsalımızı gücləndirməkdir. Bundan başqa Qazaxıstan, Rusiya və Ukraynanın alternativləri axtarılmalıdır. Onlardan biri Hindistandır. Hazırda Hindistanın 30 milyon tona yaxın taxıl ehtiyatı mövcuddur. Hindistan bir neçə həftə əvvəl qeyd etdi ki, taxılın ixracına qadağa qoyulub. Alternativlərdən biri Hindistan olmalıdır. Təbii ki, logistika və daşınmadakı problemlərin həll olunma şərti ilə".
Müəllif: Abutel İlhamqızı
171