“Yollar Azərbaycanda həm iqtisadiyyatın inkişafı, həm də turizmin dəstəklənməsi baxımından vacibdir. Xüsusən də nəzərə almaq lazımdır ki, Qəbələ Azərbaycanın vacib turizm bölgələrindən biridir”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, infrastrukturun da son illər inkişaf etməsi müşahidə olunur: “Buna görə də Qəbələdə yol infrastrukturuna vəsaitin ayrılması bütünlükdə həmin regionun inkişafı baxımından vacib layihələrdəndir. Həmçinin də rayondaxili və kəndlərarası yolların bərpası da gözlənilir. Rayon mərkəzi ilə kəndlər arasında yolların yenidən qurulması rayonun inkişafına dəstəkdir. Bütün bunlarla yanaşı yolların yenidən bərpası bölgənin turizm sektoruna öz töhfələrini verəcək.
Nəzərə alsaq ki, həmin bölgə turistlərin daha çox ziyarət etdiyi bölgədir. Bu baxımdan yol infrastrukturunun inkişaf etməsi olduqca müsbət bir haldır. Həm ölkədaxili, həm də ölkəxarici turizmin inkişafına təkan verəcəkdir. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə vəsaitin ayrılması bölgələrin inkişafına böyük təkan verəcəkdir”.
Müəllif: Abutel İlhamqızı
336