“Azərbaycanda Aİ-95 və daha yüksək markalı benzinin qiymətinin qalxması bütün dünyada baş verən qiymət artımı ilə birbaşa əlaqədardır. Bunu artıq hər kəs bilir. Əvvəlki dövrlərdə müəyyən nisbətdə Aİ-95 markalı benzin istehsal olunsa da, lakin bu daxili təlabatı ödəmək ixtiyarında deyildi”. Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, lakin sonrakı dövrlərdə ümumiyyətlə Aİ-92 markalı benzin yerli istehsal olunub Tarif Şurası tərəfindən də tənzimlənsə də, amma Aİ-95 markalı benzinin idxaldan asılılığı, Rusiya və Ruminiyadan daha çox idxal olunması bu ölkələrdə olan qiymətdən birbaşa asılıdır: “Bildiyimiz kimi məhz bu ölkələrdə baş verən bilavasitə qiymət artımları nəticədə idxal etdiyimiz benzinin də qiymətinə öz təsirini göstərir. Sadəcə olaraq Aİ-95 markalı benzinin alınması üçün xammal olaraq təkcə neft yox, həmçinin texnoloji proseslərin özünün bahalaşması və digər resurslardan istifadə nəticə etibarilə Aİ-95 markalı benzinin qiymətinin artmasına gətirib çıxardır.
Kifayət qədər müxtəlif sahələrdə texnoloji yanaşmaları ölkəmizdə müxtəlif istiqamətlərdə tətbiq etdiyimiz halda hələ də Aİ-95 markalı benzinin istehsalına nail ola bilməməyimiz bizim mənfi cəhətlərdən biridir. Bu istiqamətdə işlərin getməsi ilə bağlı müxtəlif anonslar eşitmişik. Düşünürəm ki, bu istiqamətdə gücləri maksimum dərəcədə səfərbər edərək tez bir zamanda Aİ-95 markalı benzinin istehsalına nail olmalıyıq”.
Eldəniz Əmirov fikirlərinə davam edərək həmçinin qeyd edib ki, benzin Tarif Şurası tərəfindən qiymətləri tənzimlənən kateqoriyaya daxil olan əmtəədir: “Amma Aİ-95 markalı benzinin ölkədə istehsalı dayandırıldığından və demək olar ki, tamamilə idxaldan asılılıq yarandığından artıq Tarif Şurası tərəfindən tənzimlənmir. Aİ-95 markalı benzin bazar tərəfindən tənzimləndiyinə görə idxal etdiyimiz ölkələrdə qiymət artımın baş verməsi mütləq şəkildə yerli bazarda öz təsirini göstərəcək. Odur ki, bunun sığortalanması üçün mütləq Aİ-95 markalı benzin respublikamızda istehsal olunmalıdır”.
Arzu Qurbanlı
165