"Hazırda birmənalı olaraq Azərbaycan iqtisadiyyatını gücləndirən birinci amil neft amilidir. İkinci amil isə qaz amilidir və bir gün gələcək Azərbaycanda qaz amili neft amilini üstələyəcək". Bu sözləri Diaspor info-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov deyib.
Onun sözlərinə görə, hazırda qaz gəlirləri neft gəlirlərinə kəskin şəkildə yaxınlaşır: "Çünki neft ixracı azalır bunun əvəzinə isə qaz ixracı və hasilatı artır. Təbii olaraq bu iki karbohidrogen ehtiyatdan əldə olunmuş gəlirlərdə bərabərləşmə olur. Perspektivdə isə qeyri-neft sahəsi üzrə Azərbaycanda daxilolmaların nisbətən artması müşahidə edilir. Eyni zamanda da, kənd təsərrüfatı istehsalı üçün əgər, innovativ texnoloji yanaşmalar tətbiq etsək, perspektiv olacaq. Çünki potensial kifayət qədər yuxarı səviyyədədir. Bundan əlavə olaraq turizm sahəsində beynəlxalq təcrübə öyrənilərək, Türkiyə və Gürcüstanla rəqabət apara biləcək turizm sənayesi inkişaf etdirilsə, bu sahələr ölkə iqtisadiyyatının ən güclü sahələrinə çevrilə bilər”.
Arzu Qurbanlı
258