“Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 2 dəfədən çox artıb. Bu artımın əsas səbəbi ondan ibarətdir ki, pandemiyadan sonra dünya ölkələrinin çoxunda insan hərəkətinə təsir edən sərt məhdudiyyətlər yumşaldılıb, bəziləri isə ləğv edilib”. Bu fikirləri Diaspor info-ya açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli bildirib.
Onun sözlərinə görə, 2021-ci il turizm üçün bərbad il hesab olunur. Azərbaycanda da, həmin illər ərzində turistlərin gəlişi kəskin şəkildə azalmışdı: “Çünki ölkəyə giriş-çıxış ya məhdudlaşdırılmış, ya da buraya gəlmək üçün ciddi şərtlər qoyulmuşdu. Həmçinin həmin illər ərzində insanların özü də başqa ölkəyə səyahət etməyə çəkinirdilər. Təbii ki, sərt qaydaların ləğvi turist axınına səbəb olur. Lakin yenə də Azərbaycana gələn turistlərin sayı 2015-2016-ci illərə nəzərən aşağı səviyyədədir. Əgər həmin illərdə ölkəyə 4 milyard yarımlıq turizm dövriyyəsi olurdusa, hazırda isə həmin rəqəmin 4/1 hissəsi belə yoxdur. Azərbaycan turizmi pik həddindən 60-70 faiz aşağıdadır”.
Müəllif: Banuçiçək Hüseynli
171