• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Seysmoaktiv bölgələr üçün proqnozlaşdırıla bilməyən zəlzələlərin olması xarakterikdir

15-08-2023, 12:30 | Baxılıb: 269
“Seysmoaktiv bölgələr üçün proqnozlaşdırıla bilməyən zəlzələlərin olması xarakterikdir

Son illər dünyada baş verən zəlzələlər insanlarda ciddi narahatlıq doğurur. Azərbaycan da seysmik zonada yerləşir. Bu baxımdan ölkəmizdə zəlzələ riskinə qarşı hansı tədbirlərin görülməsi zəruridir?
Bu barədə Diaspor.info-ya açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, ekspert Tural İsmayılov bildirib ki, seysmoaktiv bölgələr üçün heç kim tərəfindən əvvəlcədən proqnozlaşdıra bilməyən zəlzələlərin olması xarakterikdir.
Azərbaycanda da bu günlərdə kiçik zəlzələlərin müşahidə edildiyini söyləyən sektor müdiri deyib: “Ölkəmizin seysmoaktiv zonada yerləşməsini nəzərə alan dövlətimiz bina tikintisi ilə məşğul olan sahibkarlara zəlzələ ilə bağlı ehtiyatlı davranmaq üçün bütün zəruri prosedurların yerinə yetirilməsini prioritet vəzifə kimi qarşıya qoyub və bu sahədə ciddi nəzarət həyata keçirilir. Lakin mənzil tikintisi sahəsində ixtisaslaşmış şirkətlərin vətəndaş və dövlətçilik məsuliyyəti burada xüsusi rol oynayır”.
Ekspert vurğulayıb ki, ölkədə baş verən kiçik ballı zəlzələlərin qeydə alınması, eləcə də qardaş Türkiyədə avtoşokların yaşanması, bölgənin coğrafi mövqeyinin də mütləq şəkildə nəzərə alınmalı olduğunu göstərir. Odur ki, binaları inşa edərkən yaşayış binalarının konstruksiyasının zəlzələyə davamlılığına sahibkarlar məsuliyyət daşımalıdırlar: “Ümid edirəm ki, dövlətimizin bu sahədə gördüyü məqsədyönlü işlər, xüsusilə də nəzarət tədbirlərinin güclü olması Azərbaycanda baş verə biləcək istənilən zəlzələnin ciddi fəsad törətməməsi ilə nəticələnəcək”,-deyə T.İsmayılov qeyd edib.скачать dle 10.6фильмы бесплатно


269

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.