• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

"Journal of Petroleum Technology": Azərbaycan - sönməz odlar yurdu

2-07-2024, 10:30 | Baxılıb: 367
“

Beynəlxalq Neft Mühəndisləri Cəmiyyəti (“Society of Petroleum Engineers” – SPE) tərəfindən nəşr olunan “Journal of Petroleum Technology” (JPT) iyulun 1-də məşhur amerikalı publisist Pet Devis Şimçakın Azərbaycanda enerjinin inkişafına həsr olunmuş geniş məqaləsini dərc edib.
Diaspor.info xəbər verir ki, “Azərbaycan – sönməz odlar yurdu” sərlövhəli nəşrdə xüsusilə qeyd olunur: “Azərbaycanın COP29-a ev sahibliyi etdiyi bir vaxtda, JPT ölkənin nəhəng neft və qaz ehtiyatları, boru kəmərləri ilə Xəzər dənizinin dərinliklərindən qazı və nefti Avropaya apardığı qədim İpək Yolu boyunca unikal coğrafi yerləşmə sayəsində əldə etdiyi tərəqqi yoluna nəzər salır”.

Jurnal milli neft sənayesinin inkişafının əsas mərhələlərini ətraflı işıqlandırıb və bu sahədə ölkənin uğurlarını sadalayır. Pet Devis Şimçak qeyd edib ki, dünyada ilk dəfə olaraq neft quyusu mexaniki üsulla məhz Azərbaycanda qazılıb və 1940-cı illərin sonlarında Azərbaycan dənizdə neft hasil edən ilk ölkə olub.

O, 1994-cü ildə “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokundan neftin kəşfiyyatı, işlənməsi və hasilatı üzrə bağlanmış müqavilənin xüsusi əhəmiyyətini vurğulayıb. “Əsrin müqaviləsi” Azərbaycanın dünyanın aparıcı neft şirkətləri ilə imzaladığı ilk müqavilə oldu.

Nəşrdə göstərilir ki, ən böyük təbii qaz yatağı olan “Şahdəniz”in kəşfi və bu yatağın işlənməsi, hasilatına dair müqavilənin imzalanması milli energetika sahəsinin inkişafında yeni mərhələnin başlanğıcını qoyub. Məqalədə deyilir: “2007-ci ildə Cənubi Qafqaz boru kəməri ilə Gürcüstan və Türkiyəyə kommersiya qazının tədarükü başlandıqdan sonra Azərbaycan Avropanın qaz tədarükçüsünə çevrildi və enerji sənayesində özü üçün yeni səhifə açdı”.Müəllif ölkənin “yaşıl enerji”yə keçidlə bağlı uğurlarına xüsusi diqqət yetirib. O vurğulayıb ki, Azərbaycan bərpaolunan mənbələrdən (BEM) elektrik enerjisi istehsalını inkişaf etdirir, külək və Günəş enerjisi istehsalını artırır ki, bu da, öz növbəsində, Avropaya təbii qaz və digər enerji resurslarının tədarükünü artıracaq.

Dünya Bankının hesablamalarına görə, 2040-cı ilə qədər Azərbaycan Xəzər dənizində külək elektrik stansiyalarının quraşdırılması sayəsində 7 giqavat elektrik enerjisi istehsal edə biləcək. Bərpaolunan enerji mənbələrindən enerji istehsalı üzrə iddialı layihələrin həyata keçirilməsinə dair dünyanın bir sıra iri şirkətləri, o cümlədən Azərbaycanın uzunmüddətli tərəfdaşı olan BP, həmçinin Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti ilə razılaşmalar əldə olunub.

Qeyd edək ki, “Journal of Petroleum Technology” jurnalı 1949-cu ildən nəşr olunur. Bu, Neft Mühəndisləri Cəmiyyətinin neft kəşfiyyatı və hasilatında texnoloji irəliləyişləri, eləcə də təşkilatın özünü işıqlandıran flaqman jurnalıdır. JPT saytında “Oil and Gas Facilities”, “Data Science and Digital Engineering” və “HSE Now” jurnalları dərc olunur.скачать dle 10.6фильмы бесплатно


367

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb
AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb
Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib
Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb
Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

Baş Prokurorluq: Səfərov qardaşlarının öldürülmələri ilə bağlı mediada dərc olunmuş məlumatlar əsasında araşdırmalara başlanılıb

AZAL-ın qəzaya uğrayan təyyarəsi ilə bağlı aparılan istintaq tədbirlərinə dair yeni məlumatlar açıqlanıb

Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə yola düşüb

Bahar Muradova: Qadınların təhsilə çıxışı və elmdə, texnologiyada, innovasiyada fəallığının artırılması sahəsində Azərbaycan ciddi nəticələr əldə edib

Türkiyə Prezidenti Məhəmməd peyğəmbərə çəkilmiş karikaturanı “alçaq təxribat” adlandırıb

Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumu keçirilir

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.