• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Aqrar Sığorta Fondu bu günədək fermerlərə 12 milyon manat sığorta ödənişi edib

13-12-2024, 16:00 | Baxılıb: 574
“Aqrar Sığorta Fondu bu günədək fermerlərə 12 milyon manat sığorta ödənişi edib

Son illər bütün dünyada iqlim dəyişiklikləri baş verir və bu da birbaşa kənd təsərrüfatına təsir göstərir. Məsələn, son 30 ildə Azərbaycanda dolu yağması halları 3 dəfə, daşqın hadisələri 18 dəfə, şiddətli küləkli günlərin sayı isə 12 dəfə artıb. Bundan ən çox zərər çəkən də kənd təsərrüfatı, əkin sahələri və fermerlərdir. Belə bir halda aqrar sığorta kənd təsərrüfatını zərərlərdən qorumaq üçün vacib mexanizmdir.
Diaspor.info xəbər verir ki, bu sözləri Naxçıvanda jurnalistlərə müsahibəsində Aqrar Sığorta Fondunun idarə heyətinin üzvü Roman Əmircanov söyləyib.

O deyib ki, Aqrar Sığorta Fondu yarandığı gündən bəri zərər görən fermerlərə ödənişlər həyata keçirir və bu ödənişlərin məbləği hər il artmaqdadır. Baş vermiş müxtəlif hadisələrdən dəyən zərərlərə görə, 2021-ci ildə 200 min, 2022-ci ildə 2,4 milyon manat, 2023-cü ildə 4,4 milyon, 2024-cü ilin ilk 11 ayında isə 5,6 milyon manat sığorta ödənişi həyata keçirilib. Başqa sözlə, bu günədək fond fermerlərə 12 milyon manat sığorta ödənişi edib, ilin sonunadək bu məbləğ 14 milyon manata yaxınlaşacaq.

Roman Əmircanovun sözlərinə görə, bütün Azərbaycanda olduğu kimi, Naxçıvanda da kənd təsərrüfatı iqtisadiyyat, istehsal, iş yerləri baxımından böyük əhəmiyyətə malikdir: “Bu günə qədər Naxçıvanda Aqrar Sığorta Fondu təsis edilmişdi, amma o, təəssüf ki, fəaliyyət göstərməmişdi. İndi - Aqrar Sığorta Fondu yarandıqdan 5 il sonra Naxçıvanda fəaliyyətə başlayır. Bizim əsas məqsədimiz burada fermerlərin gəlirlərinin və məhsullarının qorunması, fermerlərin fəaliyyətinin dayanıqlığının təmin edilməsi, aqrar sektora investisiyaların cəlbi üçün münbit şəraitin yaradılmasıdır. Filialımız fəaliyyətə başlayan kimi, Naxçıvanın bütün ərazisində fermerlərlə görüşlər keçiriləcək, onlara aqrar sığorta barədə geniş məlumat veriləcək. Əkin sahələrinin sığortalanması üçün əsas tələb – fermerlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) öz əkinlərini bəyan etməsidir. Heyvanların sığortasında isə əsas tələb, onların birkalanması və EKTİS-də qeydiyyatıdır”.“Aqrar Sığorta Fondu indiyədək də ölkənin müxtəlif ərazilərində, müxtəlif iqlim qurşaqlarına xas olan bölgələrdə təsərrüfatların sığortasını həyata keçirib. Buna görə də Naxçıvanın kəskin kontinental iqliminə rəğmən təsərrüfatların sığortalanması bizim üçün çətin olmayacaq. Artıq bu sahədə kifayət qədər təcrübəmiz var və fəaliyyətə başlayandan sonra fermerlər və sakinlər Aqrar Sığorta Fondunun necə çalışdığının şahidi olacaqlar. İlkin müşahidələrimizə görə, Naxçıvanda fermerlərə zərər vuran əsas təbiət hadisələri dolu və güclü külək, yəni qasırğa və ya fırtınadır. Aqrar sığorta bu risklərin hər birini qarşılayır, yəni bu hadisələrdən fermerlərə zərər dəyərsə, biz, əlbəttə ki, dəymiş zərərləri sığorta etməyə hazırıq”, – deyə Aqrar Sığorta Fondunun rəsmisi əlavə edib.скачать dle 10.6фильмы бесплатно


574

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.