• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Bu gün, 13:00 | Baxılıb: 35
“Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergitutması sahəsində həyata keçirilən islahatlar davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən yaradılmış elektron qeydiyyat sistemi vasitəsilə artıq 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb.

DVX-dən Diaspor.info-ya bildirilib ki, qeydiyyatdan keçmiş şirkətlər sırasında “Apple”, “Adobe”, “Sony Interactive Entertainment”, “Epic Games”, “Chess.com” və digər beynəlxalq səviyyədə tanınmış rəqəmsal platformalar yer alır.

Cari ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən, bu ilin sentyabr ayından etibarən Azərbaycanda elektron ticarət qaydasında xidmət göstərən və ölkə üzrə illik dövriyyəsi 10 min dolları aşan qeyri-rezident rəqəmsal xidmət təchizatçıları üçün vergi orqanında elektron qeydiyyat məcburi olacaq. Dəyişikliklərin məqsədi beynəlxalq rəqəmsal platformalar üçün vergi öhdəliklərinin yerinə yetirilməsini sadələşdirmək, bərabər rəqabət mühiti yaratmaq və rəqəmsal iqtisadiyyatda şəffaflığı artırmaqdır.

Məlumat üçün bildiririk ki, vergi orqanında qeydiyyatdan keçmiş qeyri-rezident rəqəmsal xidmət təchizatçılarından elektron xidmətlər əldə edilərkən ƏDV artıq alıcıların hesabından banklar tərəfindən tutulmur. Qeydiyyatdan keçmiş şirkətlər ƏDV-ni özləri hesablayır, bəyan edir və dövlət büdcəsinə ödəyirlər.

Qanunvericiliyin tətbiq dairəsi yalnız elektron formada iş və xidmətlərin təqdim edilməsini əhatə edir. Fiziki malların satışı, eləcə də elektron platformalar vasitəsilə məhsulların sifarişi və çatdırılması bu tənzimləmənin əhatə dairəsinə daxil deyil.

Qeydiyyatdan keçən beynəlxalq şirkətlərin sayının artması Azərbaycan vergi sisteminə etimadın göstəricisidir. Dövlət Vergi Xidməti rəqəmsal iqtisadiyyatın inkişafı və şəffaf biznes mühitinin yaradılması istiqamətində fəaliyyətini davam etdirir.скачать dle 10.6фильмы бесплатно


35

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

Azərbaycanın xarici dövlət borcu açıqlanıb
Adil Kərimli: Kitabxanalarda çalışan 1000-ə yaxın İT mütəxəssisi attestasiyadan keçəcək
Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında
Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq
Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb
Zakir Həsənov Serbiyaya səfər edib

Azərbaycanın xarici dövlət borcu açıqlanıb

Adil Kərimli: Kitabxanalarda çalışan 1000-ə yaxın İT mütəxəssisi attestasiyadan keçəcək

Azərbaycanın zəngin mədəni irsi “İpək Yolu – 2026” festivalında

Bakı-Tbilisi-Bakı qatarına əlavə vaqon qoşulacaq

Azərbaycanda 10 xarici rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb

Zakir Həsənov Serbiyaya səfər edib

İlham Əliyev portuqaliyalı həmkarını təbrik edib

Ali Məhkəmə saxta sənədlərlə daşınmaz əmlak əldə edilməsi halları barədə qərar verib

Dövlət qurumları üçün xidməti parklanma yerlərinin siyahısı və ünvanları təsdiqlənib

Nazirlər Kabineti hasilatın pay bölgüsü sazişi barədə qərar verib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.