İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzinin təşkil etdiyi növbəti təlim 2019-cu və 2020-ci illərdə Vergi Məcəlləsinə edilən dəyişikliklərə həsr olunub.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, Vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində keçilmiş təlimdə dinləyicilərə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin qısa xülasəsi təqdim edilib.
Təlimdə əmtəəsiz əməliyyatlar və bu əməliyyatların cinayət-hüquqi töfsifi, əmtəəsiz əməliyyat üzrə faydalanan şəxs, riskli vergiödəyicisi, ümidsiz borcların silinməsi, vergi öhdəliyinin yerinə yetirilməsi müddətləri maddə və digər aktual mövzular təhlil olunub.
289