AZƏRTÜTÜN ASK MMC-NİN ŞİMAL-QƏRB BÖLGƏSİNDƏKİ FƏALİYYƏTİ SÖZÜGEDƏN BÖLGƏNİN BU SAHƏYƏ MARAĞINI XEYLİ ARTIRDI.
Diaspor.info saytının Şimal-qərb bölgəsinin verdiyi məlumata əsasən bölgədə hələ sovetlər birliyi dövründə daha çox əkilən tütün istehsalına yenidən maraq oyanıb.
Hamıya məlumdur ki, SSRİ dövründə aqrar rayonların çoxunda tütünçülük daha çox inkişaf etmişdir.
Müstəqillik qazandıqdan sonra sözügedən sahəyə nəinki maraq azaldı, hətta rayonların çoxu ümumiyyətlə tütün əkməkdən imtina etdilər. Bunun əsas səbəbi isə alıcı olmaması idi.
Kəndli torpağında tütün əkib becərir və min bir əziyyətlə əldə etdiyi məhsulu sata bilmir.
Bu gün tütünçülük, baramaçılıq və s. bu kimi sahələr inkişaf etməyə başlayıb. Dövlət özü bu sahələri diqqətində saxlayır.
Bu gün regionlarda əhalinin əsas məşğuliyyət növlərindən biri də, tütünçülükdür desək, yanılmarıq.
"AZƏRTÜTÜN" ASK MMC -nin təkcə Şimal-qərb bölgəsində dörd tütün istehsalı və emalı məntəqəsi fəaliyyət göstərir ki, bu da tütünçülüklə məşğul olanların sayının günü-gündən artmasına səbəb olur.
Məlum olduğu kimi müasir dövrümüzdə sovetlər birliyindən fərqli olaraq ipə düzülərək qurudulmur. Və ümumiyyətlə texnologiya xeyli fərqlidir. Odur ki, tütünün saxlanılması üçün Zaqatalada 56, Qaxda 60, Şəkidə 86, Balakəndə isə 60 tütünqurutma kameraları mövcuddur.
Məlum olduğu kimi artıq yaş tütünün qəbulu yekunlaşır, bu günə kimi Şəki 4 940 835 kq, Qax 2 995 660 kq, Zaqatala 3 542 360 kq, Balakəndə isə 3 010 530 kq yaş tütün qəbul olunub.
Həmin yaş tütün Zaqatalada 51, Şəki 65, Balakən 44, Qaxda isə 60 kamera olmaqla qurudulur.
Artıq 1 984 622 , 2 kq quru tütün istehsal olunaraq anbarlara yığılıb.
Bölgədə daha çox fəal olan fermerlər vardır ki, onlar haqqında saytımızda əvvəllər də yazı yazmışdıq.
Bunlardan Balakəndən Talalar kəndindən İmran Cumayevin məhsuldarlığı əvvəlki kimi yaxşı olub, 294 810, Şərif kəndindən Mahama Kanayevin isə 239 000 və Püştətala kəndindən Şamsu Bayramovanın isə məhsuldarlığı 202 490 kq olub.
Zaqatala fermerləri arasında da tanıdığımız zəhmətkeş insanlar çoxdur.
Bu il Zaqatala fermerləri də xeyli tütün məhsulu istehsal ediblər.
Vaqif Şabanov Göyəm kəndindən 185 510 kq, Vüqar Süleymanlı da Göyəm kəndindən 198 550 kq, Daha bir Göyəm kənd sakini Elvin Həsənzadə 191 330 kq və Danaçı kənd sakini Yunus Mustafayev isə 176 045 kq məhsul istehsal edərək fərqlənən fermerlərdən olublar.
Bu gün "AZƏRTÜTÜN" ASK MMC ŞİMAL-QƏRB bölgəsində rəqibsiz liderdir.
ƏLMANİZ ƏLƏKBƏRLİ
AZƏRBAYCAN JURNALİSTLƏR VƏ YAZIÇILAR BİRLİYİNİN ÜZVÜ