• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Professor: Peyvənd olunmayan insan qızılca qarşısında müdafiəsizdir

22-01-2024, 14:00 | Baxılıb: 767
“Professor: Peyvənd olunmayan insan qızılca qarşısında müdafiəsizdir

“Son vaxtlar ölkə ərazisində, xüsusilə, uşaqlar arasında yayılan qızılca xəstəliyinin spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən aparılır”.
Diaspor info xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Allerqologiya və immunologiya kafedrasının müdiri, professor Lalə Allahverdiyeva deyib. O, uşaqlar arasında yayılan qızılca xəstəliyi ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirib.

Professor bildirib ki, qızılca təhlükəli infeksiyalardandır: “O çox yüksək yoluxuculuğa malik virus xəstəliyidir. Bu o deməkdir ki, qızılcaya yoluxmuş insanla təmasda olan və spesifik immuniteti olmayan şəxslər yoluxmaya məruz qala bilər. Çünki infeksiya mənbəyi yalnız xəstə insandır”.

Son aylar Bakıda və bəzi rayonlarda uşaqlar arasında qızılcanın, eləcə də məxmərəyin yayıldığını vurğulayan L.Allahverdiyeva qeyd edib ki, bunun əsas səbəbi valideynlərin vaksinasiyadan imtinasıdır: “COVID dövründə əhali qapalı vəziyyətdə yaşadı və vaksinlə əlaqədar həkimə müraciət etmədi. Peyvənd olunmayan insanlarda isə qızılcanın ağırlaşması kimi meningit, laringit, otit, qıcolmalar və ensefalitlər inkişaf edə bilir. Yaşından asılı olmayaraq, əvvəllər bu xəstəliyə yoluxmayan və ya qızılca, parotit, məxmərəyə qarşı peyvənd almayan istənilən şəxsin bu xəstəliyə yoluxma ehtimalı var. Bundan əlavə, qızılca ilə əlaqəli pnevmoniya, inaq, orta qulağın iltihabı, ağız boşluğunda xoralar və ishal kimi ağırlaşmalar ən çox tənəffüs yollarına və ya həzm sisteminə təsir edir. Körpələrdə, həmçinin azyaşlı uşaqlarda, o cümlədən hamilə qadınlarda və immun sistemi zəif olan insanlarda qızılca xəstəliyi ilə bağlı ağırlaşmalar daha çox müşahidə olunur”.Mütəxəssis qeyd edib ki, pnevmoniyaya qarşı vaksinasiya olanlar 40 yaşına qədər yoluxa bilər. Lakin bu xəstəlik 40-dan sonra yüngül keçir və elə də çox hiss olunmur. Bu xəstəliyi keçirməyən və ya qızılcaya qarşı vaksinasiya olunmayan şəxslər isə qızılca əleyhinə peyvəndlənməlidir. Ancaq qızılcaya yoluxmuş və allergiyası olan insanlar vaksinasiya oluna bilməz. Yəni kliniki simptomları qeyd edilənlər mütləq həkim müayinəsindən keçməlidir.

L.Allahverdiyeva bildirib ki, qızılca infeksiyasına yoluxmuş yüngül simptomlu xəstələrin müalicəsi həkim nəzarəti altında ev şəraitində, yataq rejimi gözlənilməklə aparılır: “Ümumiyyətlə, qızılcanın spesifik müalicəsi yoxdur, simptomatik müalicə isə həkim tərəfindən təyin olunur. Lakin risk qrupuna daxil olan və yanaşı xəstəlikləri olan şəxslərdə ikincili bakterial infeksiya inkişaf edə bilər ki, bu da ağırlaşmalara gətirib çıxarar. Bu zaman xəstənin hospitalizasiyası və stasionar şəraitdə müalicəsi tövsiyə olunur”.скачать dle 10.6фильмы бесплатно


767

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.