• Ana Səhifə
  • Haqqında
  • Online Ödəmə
  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube
  • RSS
  • Əsas Səhifə
  • Siyasət
  • Beynəlxalq
  • Müsahibə
  • Kriminal
  • Video
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hüquq
  • Digər
    • İdman
    • Din
    • Tarix
    • Maraq
    • Hadise
    • Sağlamlıq
    • Sosial
    • Təhsil Xəbərləri
    • Yazarlar

Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi iclası keçirilib

3-09-2024, 23:00 | Baxılıb: 2 752
“Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi iclası keçirilib

ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “Türk Evi”ndə Azərbaycan-Amerikan Tibb Assosiasiyasının ikinci ümumi iclası keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Diaspor.info-ya bildiriblər ki, tədbirdə ABŞ-da məskunlaşmış həmvətən həkimlərlə yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan, həmçinin fəaliyyət göstərən azərbaycanlı tibb işçiləri, diaspor nümayəndələri və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları iştirak ediblər.

Azərbaycan-Amerikan Tibb Assosiasiyasının rəhbəri Səbinə Hacıyeva iclas haqqında məlumat verib və azərbaycanlı həkimlərin şəbəkələşməsində göstərdiyi dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkürünü bildirib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək Komitənin fəaliyyətindən, həyata keçirdiyi layihələrdən, eyni zamanda, ötən gün Vaşinqtonda baş tutan Amerika-Azərbaycan Gənclərinin ilk forumundan və bu kimi tədbirlərin təşkilinin böyük uğur olmasından bəhs edib.

Sədr müavini ABŞ-ın qabaqcıl tibb müəssisələrində çalışan həkimlərimizin bu kimi görüşlərinin onların birliyinə, eyni zamanda, inkişaf edən Azərbaycan səhiyyəsinə böyük töhfə verəcəyinə əminliyini qeyd edib.

Daha sonra Assosiasiyanın rəhbərlərindən Rauf Şahbazov təşkilatın yaranması, qazandığı uğurlar və gələcək fəaliyyəti haqqında təqdimatla çıxış edərək təşkilatın ABŞ-da yaşayan və tibb sahəsi üzrə təhsil alan gənc azərbaycanlı kadrların inkişafı üçün onları müxtəlif təcrübə-mübadilə, eləcə də təqaüd proqramları ilə təmin etdiyini deyib, həmçinin Qarabağ Universitetinə ABŞ-da yaşayan həkimlərin də töhfə verəcəyini diqqətə çatdırıb.

Sonda müxtəlif tibb sahələri üzrə fəaliyyət göstərən həkimlərin çıxışları dinlənilib, təşkilatın gələcək fəaliyyət planları, tibb sahəsi üzrə inkişaf edən yeniliklər və bir çox vacib mövzular barəsində müzakirələr və fikir mübadiləsi aparılıb.скачать dle 10.6фильмы бесплатно


2 752

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Son Xəbərlər

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib
Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb
Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib
Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar
Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

DMX əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə müraciət edib

Türkiyə və Azərbaycanın Hesablama palataları arasında əməkdaşlıq protokolu imzalanıb

Ombudsman Mərakeş Krallığının Parlamentinin nümayəndə heyəti ilə görüşüb

Ukraynalı uşaqların növbəti qrupu reabilitasiya üçün Azərbaycana gəlib

Baş katib: İstərdik ki, İƏT regionundan olan gənclər Qarabağ Universitetində təhsil alsınlar

Heykəltəraş Seyfəddin Qurbanovun adı Xarkovda əbədiləşdirilib

Yekaterinburqda Azərbaycan vətəndaşlarının və azərbaycanəsilli şəxslərin işgəncələrə məruz qalmaları və öldürülmələri ilə bağlı cinayət işi başlanıb

DSMF: Son altı ayda sosial şəbəkələr vasitəsilə 12 min 60 vətəndaş müraciəti cavablandırılıb

Ekspertiza rəyi: Hüseyn Səfərovun ölüm səbəbi çoxsaylı xəsarətlər nəticəsində baş verən posttravmatik və posthemoragik şokdur

Yekaterinburqda öldürülən həmyerlilərimizin meyitləri xüsusi komissiya tərəfindən müayinə edilib

Səhifələr

  • Əsas Səhifə
  • Haqqımızda
  • Online Ödəmə
  • Əlaqə

Media

  • Video
  • Foto
  • Şou Biznes
  • Hava Proqnozu

Sosial Keçidlər

  • Facebook
  • Twitter
  • Instagram
  • Youtube

Əlaqə

  • Azərbaycan Nəşriyyatı
  • +380730843561
  • +380992224220
  • +994 50 327 78 04
  • +994 70 327 78 04
© Diaspor.Info Hüquqları qorunur.
Saytımızın materiallarından istifadə edərkən LİNK-lə istinad mütləqdir.