Ermənilər on illərlə, əsrlərlə harda yaşamalarından asılı olmayaraq ağalarının maşaları olmuşlar. Bu bir həqiqətdir. Amma bu ələbaxan, buyuruq qulları bu xidməti elə təqdim ediblər ki, guya, əksinə ağalarının, yaxud sığındıqları dövlətlərin, xalqların onlara ehtiyacları var, onların "xidməti" olmasa kimsə addım ata bilməz. Öz övladlarını, gələcəyi olan uşaqları elə mühitdə, ideologiyada "tərbiyə" ediblər ki, guya ermənilər dünyanın ən ali irqinə - Ari irqinə mənsubdurlar. Sivilizasiyanı məhv olmaqdan qurtaran Nuh peyğəmbərin də erməni olduğunu "hay"lar utanmadan deyir və bu haqda lətifələr uydururlar ki, artıq yeni erməni nəsli bu mifin əsirinə çevriliblər. Son illər bu mifologiya haqqında hətta ən yüksək kürsülərdə, beynəlxalq tribunalarda "nağıl" danışmaqdan çəkinmirlər. Dünyanın ən azı dörddə birinin ermənilərə aid olduğu kimi səfeh siyasi polemikalara girmək adi hala çevrilib.
Bu gün Azərbaycan xalqı Dağlıq Qarabağda aparılan 44 günlük Vətən müharibəsinin qalibidir. 27 il bundan əvvəl Ermənistanın və onun havadarlarının, dünyanın ən böyük terror təşkilatlarının, muzdlu əsgərlərin, Sovet ordusunun bölgədə dislokasiya olunmuş ordusunun birgə silahsız azərbaycanlılara qarşı apardıqları ədalətsiz müharibə nəticəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisindən kənar 7 rayon da işğal edildi. 1 milyona yaxın azərbaycanlı öz ata-baba yurdundan zorla qovuldu, əmlakı ermənilər tərəfindən ələ keçirildi, evləri dağıdıldı, yandırıldı, 20 mindən artıq vətəndaşımız erməni cəlladları tərəfindən qətlə yetirildi, minlərlə azərbaycanlı əsir və girov götürüldü. Amma dünya buna göz yumdu, heç bir beynəlxalq təşkilat quru bir bəyanatla belə çıxış etmədilər, sanki bu hadisələr olmayıb.
Azərbaycan dövləti 10 il Ulu Öndər Heydər Əliyevin, 17 il isə İlham Əliyevin prezidentlikləri dövründə əsl mücadilə apardılar. Ölkəni və Ordunu inkişaf etdirməklə yanaşı ATƏT-in Minsk qrupu çərçivəsində sülh danışıqları aparmağı da lazım bildilər. Dünya güclərini - üç həmsədr ölkənin - ABŞ, Fransa və Rusiyanın nə vaxtsa ədalətin yanında duracaqlarına ümid etdilər. Amma gözləntilərin əvəzinə Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) çətiri altında gizlənib, ABŞ və Fransadakı erməni lobbisinin dəstəyinə güvənib işğal etdiyi Azərbaycan torpaqlarında yeni dövlət qurmaq, ora dünyanın müxtəlif ölkələrindən erməni əsilliləri məskunlaşdırmaq həvəsinə düşdülər...
Azərbaycanın haqlı səsini duyanlar da az olmadı. Son hadisələrdə dünyanın aparıcı mətbuatı, siyasi dairələri, politoloqları ermənilərin təbliğatına qarşı əsl əzmkarlıq nümayiş etdirdilər və...
Məsələ burasındadır ki, Ermənistan və erməni lobbisinin azad sözü boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında hesabat hazırlanıb. Məlumatına görə, bunu bu gün keçirilən brifinqdə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin sədri Ayaz Mirzəyev Ermənistan və erməni lobbisinin azad sözü boğmaq məqsədilə Ermənistan- Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media əməkdaşlarına qarşı təhdidlərlə bağlı hesabatın təqdimat mərasimində deyib.
O bildirib ki, hesabat sentyabrın 27-dən noyabrın 10-na qədər olan müddəti əhatə edir: "Müşahidə etdiyimiz proses odur ki, münaqişə dövründə beynəlxaıq media kifayət qədər obyektiv və balanslı mövqe nümayiş etdirdi. Deməzdim ki, tam obyektiv oldu. Çünki xarici ölkələrdə olan erməni lobbisi beynəlxalq mediaya təsir etdi. Amma kifayət qədər media mənsubu oldu ki, prosesə tam obyektiv yanaşdı. Həmin şəxslər erməni lobbisinin təzyiqlərinə məruz qaldı. Məsələn, sentyabrın 27-dən Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhali yaşayan ərazilərini atəşə tutdu. Nəticədə 93 nəfər həlak oldu, yüzlərlə dinc sakin yaralandı. Fransanın TF-1 kanalının əməkdaşı Liderin Budul Gəncə, Bərdə, Tərtər və digər rayonlara səfər edərək erməni vandallığının nəticəsinin şahidi oldu və bu kadrları yayımladı. Kadrlar yayımlanandan sonra ona qarşı erməni lobbisi təzyiqlərə məruz qaldı. Ermənilər onu ölümlə təhdid etməyə başladı.
Bu, Fransanın özünün qanunvericiliyinə zidd addımdır. Amma nə Fransa dövləti, nə də həmin dövlətdəki jurnalist təşkilatları jurnalistin ölümlə təhdid edilməsinə reaksiya vermədi.
Erməni lobbisi həmçinin münaqişədən obyektiv reportaj hazırlayan "The New York Times" qəzetinin əməkdaşı Karlotta Qalla qarşı da təzyiqlər edib".
A.Mirzəyev bildirib ki, erməni lobbisi münaqişədən obyektiv reportaj hazırlayan bütün beynəlxalq jurnalistlər və ictimai xadimlərə də təzyiqlər edib: "Ermənilər hərbçi qiyafəsində beynəlxalq media əməkdaşlarını döyüş bölgəsinə apararaq onlara silah verirdilər. Əslində, bu beynəlxalq qanunvericiliyə ziddir. Amma onlar bu faktları ört-basdır etmək üçün münaqişəyə obyektiv yanaşan jurnalist, ictimai fəal və blogerləri hədəfə almağa başladılar".
Qurum rəhbəri qeyd edib ki, beynəlxalq qurumlar bu məsələni ciddi nəzarətə götürməli və ermənilər tərəfindən təhdid edilən həmin şəxslərin həyatına ola biləcək təhlükənin qarşısını almalıdır: "Biz hazırladığımız bu hesabatı xarici dillərə tərcümə etdirib aidiyyəti beynəlxalq qurumlara təqdim edəcəyik. Biz həmin jurnalist və ictimai fəalların həyatından narahatıq. Biz hər dəfə daha detallı hesabatlar hazırlayıb aidiyyəti qurumlara müraciətlər etməliyik. Bu faktlar barədə ciddi tədbir görülməsi üçün beynəlxalq təşkilatlara, xüsusilə beynəlxalq jurnalist təşkilatlarına təqdim edəcəyik".
Ermənistan və erməni lobbisinin azad sözü boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri haqqında hesabat hazırlanıb. Hesabatda qeyd olunub ki, Fransanın “TF-1” kanalından sonra, oxşar təhdidlər ABŞ-ın “The New York Times” qəzetinin redaksiyasına qarşı olub. Erməni lobbisinin üzvləri qəzetinin redaksiyasının qarşısında etiraz aksiyası keçiriblər. Etirazçılar erməni bayraqları və “Qarabağ münaqişəsinin düzgün işıqlandırılması” tələbi ilə redaksiyanın binasının önünə gəliblər. Etirazçıların narazılığına səbəb “NY Times”ın İstanbuldakı müxbiri Karlotta Qallın reportajları olub.
Karlotta Qall 1999-cu ildən “New York Times” qəzetində çalışır. Onun Əfqanıstan və Pakistandan müharibə dövrlərini əks elətdirən xüsusi reportajları olub.O, peşəkar karyerası dövründə “Financial Times” və “The Economist” nəşrlərində də çalşıb. Peşə uğurlarına görə müxtəlif vaxtlarda mükafatlara layiq görülüb.
Xanım Karlotta Qalın “Azərbaycanda partlayışlar, qışqırtılar və qan” - “In Azerbaijan, a String of Explosions, Screams and Then Blood” adlı məqaləsində ermənilərin Azərbaycanın dinc əhalisini raketlə atəşə tutması nəticəsində onlarca insanın həlak olması və yaralanması, ev və obyektlərin zədələnməsi qeyd olunur. Qəzet Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin sözlərini sitat gətirir: “Danışıqlar prosesini başa vuran əsas məsələ Ermənistanın Baş Naziri Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözləri olub”.
Reportajın linki: https://www.nytimes.com/2020/10/28/world/europe/azerbaijan-barda-armenia-rockets-karabakh.html?smid=tw-nytimesworld&smtyp=cur
Bu məqalədən sonra “NY Times” qəzetinin İstanbuldakı müxbiri Karlotta Qall da erməni lobbisinin eyni şəkildə mənəvi və siyasi terroruna məruz qalıb. Belə ki, qəzetin redaksiyası və jurnalist Ermənistanın Azərbaycanın dinc əhalisini ballistik raketlə qətlə yetirməsini işıqlandırdığına görə ermənilərin ciddi təzyiqi və təhdidi ilə üzləşib.
Oxşar təhdidlər İtaliyanın “La Repubblica” qəzetinə də yönəlib. Məşhur nəşr erməni lobbisi tərəfindən sosial şəbəkələrdə çoxsaylı təzyiqlərə məruz qalıb.
Qəzeti islampərəst olmaqda ittiham edən erməni lobbisinin üzvləri qəzetin müxbiri Peitro Del Reni Azərbaycan Prezidenti ilə müsahibəsində Ermənistana qarşı qərəzli suallar verdiyini iddia edirlər. “La Repubblica”nın jurnalisti Pietro Del Re Prezident Əliyevə ünvanlandığı “Cənab Prezident, Siz artıq qələbəni dadmısınız" sualına görə ermənilərin qəzəbinə düçar olub. İtaliyanın aparıcı qəzetinin tanınmış jurnalistini bu suala görə ölümlə hədələnir.
Erməni lobbisi və “Dağlıq Qarabağ etnik təmizləmə və soyqırımı təhdidi ilə üz-üzə olduğu zaman hansı dad, hansı ləzzətdən söhbət gedə bilər? Bu dəqiqə üzr istəyin!” sözləri ilə onu sosial mediada təhdid edirlər. Artıq məsələyə Rəsmi Bakı da ciddi reaksiya verib. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Beynəlxalq Sərhədsiz Reportyorlar” təşkilatını və ATƏT-in Media Azadlığı üzrə Nümayəndəsini Ermənistan-Azərbaycan münaqişəsinin obyektiv reallıqlarını işıqlandıran peşəkar jurnalistlərə, mediaya qarşı fiziki, şifahi təhdidləri, təhqiramiz şəxsi hücumları qınamağa çağırıb.
Sözsüz, belə bir vəziyyətdə ifadə azadlığı əsas meyar kimi götürülməli və bu amilə hörmət edilməlidir. Erməni diasporu ümumiyyətlə son dövrlərdə bütün dünyada müstəqil medianı susdurmağa cəhdlər edir, təhdidlər edir. Son bir ayda bir çox əcnəbi jurnalist və ictimaiyyət nümayəndələri ilə yanaşı, siyasətçilər, deputatlar da hücumlara məruz qalırlar.
Ermənistanın işğalçılıq siyasətini, təcavüzkarlığını, terrorçu dövlətin Azərbaycanın dinc əhalisinə qarşı təxribatlarını, terror aktlarını ifşa edən, Azərbaycanın ədalətli mövqeyini işıqlandıran xarici media orqanları erməni lobbisi tərəfindən hədəfə alınır, onlar ölümlə təhdid edilir. Hətta neytral, balanslı mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən medianı, siyasətçiləri, ictimai fəalları hədəfə almaqda davam edir. Ən qəribəsi də odur ki, bu yolverilməz hallar əsasən Avropa ölkələrində yaşanır.
Bu barədə Ermənistan və erməni lobbisinin azad sözü boğmaq məqsədilə Ermənistan-Azərbaycan münaqişəsini obyektiv işıqlandıran beynəlxalq media orqanlarına və jurnalistlərə qarşı təhdid və təzyiqləri barədə Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin hesabatında deyilir.
Qeyd edilib ki, sentyabrın 27-dən başlayaraq Ermənistanın həm öz ərazilərindən, həm də Azərbaycanın işğal olunmuş ərazilərindən “Tochka-U”, “Elbrus” və digər sistemlərdən istifadə etməklə həyata keçirdiyi raket və artilleriya atəşləri yaşlı insanlar, qadınlar və 11 uşaq daxil olmaqla 93 mülki şəxsin həlak olmasına səbəb olmuş, 407 mülki şəxs yaralanıb.
Gecə saatlarında Gəncə və Bərdə şəhərlərinin ballistik raketlərlə bombalanması nəticəsində 53 mülki şəxs həlak olmuş, 245 nəfər yaralanıb.
Ermənistanın törətdiyi belə hərbi cinayətləri dünya mətbuatı geniş işıqlandırılıb. Lakin erməni diasporu Ermənistan-Azərbaycan münaqişəsi haqqında həqiqətləri işıqlandıran, obyektiv məlumat yayan, hətta neytral mövqe nümayiş etdirən, Ermənistanın və erməni diasporunun maraqlarına cavab verməyən media orqanlarını, jurnalistləri, ictimai fəalları hədəfə götürür, onlara ciddi təzyiqlər göstərirlər. Erməni lobbisi azad sözü basqı altında saxlamağa çalışaraq münaqişə ilə bağlı obyektiv və neytral mövqe göstərən jurnalistləri ölümlə hədələyir, təhdid və təhqir edir.
Belə nümunələrdən biri Fransanın TF1 kanalının əməkdaşı xanım Liseron Budulun hazırladığı reportajla bağlıdır. Belə ki, xanım Budul Azərbaycana səfər edərək Gəncə, Bərdə, Tərtər və digər yaşayış məntəqələrində Ermənistanın mülki əhalimizi artilleriya və raket atəşinə tutmasının şahidi olub və bu haqda obyektiv reportaj hazırlayıb.
Beyləqan və Füzuli rayonlarında olarkən, Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təmsilçisi olaraq mən də xanım Budulun və onu müşayət edən operatorun fəaliyyətini müşahidə etmişəm. O, cəsur, peşəkar və işini sevən bir jurnalistdir.
TF1 televiziya kanalının jurnalisti Liseron Budul cəbhə xəttində olub və Azərbaycan əsgərləri ona ermənilərin silah və sursatlarını qoyub qaçdığını söyləyiblər. Azərbaycan ordusunun sona qədər gedəcəyini və torpaqlarımızın hər qarışını azad edəcəyini vurğulayıblar. Reportajda əllərində Azərbaycan və Türkiyə bayrağı olan insanların, gənclərin, uşaqların “Qarabağ, Qarabağ” deyərək, bayram əhval ruhiyyəsində olduğu əks olunub. Jurnalist yeraltı təbii ehtiyatlarla zəngin olan ölkəmizin güclü ordusu olduğunu vurğulayıb.
Reportajda cəbhə xəttinə yaxın yerlərdə insanların gündəlik həyatının çətin olduğu, onların erməni silahlı qüvvələri tərəfindən atəşə tutulduğu göstərilib. Qadın və uşaqların yeraltı xəndəklərdə sığınacaq tapdığı diqqətə çatdırılıb. Mülki əhalinin evlərinin, mal-qarasının məhv edildiyi göstərilib. Ölənlər və yaralananlardan danışılıb. Ermənilərin dinc əhalini fasiləsiz atəşə tutduğu bildirilib.
Reportajın linki: https://www.youtube.com/watch?v=tZCRfq8eoZo
Jurnalist Ermənistandan birbaşa Gəncənin mərkəzində yaşayış massivinin iki raketlə bombalanmasından danışaraq, dağılmış evləri göstərib.Erməni bombardımanı nəticəsində uşaq və qadın olmaqla 15 nəfərin həlak olduğunu və 50-dən çox dinc sakinin yaralandığını vurğulayıb.
TF1 televiziya kanalında Azərbaycanla bağlı yayımlanan 3 dəqiqəlik reportaj erməni lobbisinə böyük zərbə olub. Erməni lobbisinin üzvləri sosial şəbəkələrdə TF1 televiziya kanalı haqqında təhqiramiz fikirlər, hədələr səsləndiriblər. TF1 kanalının reportajı erməni lobbisinin yaydığı məlumatların saxta olduğunu bir daha üzə çıxardıb.
Reportaj yayımlandıqdan sonra Fransadakı erməni lobbisinin üzvləri xanım Liseron Budula və TF1 kanalının qarşı total hücum və təzyiqlər edib və jurnalisti ölümlə hədələyiblər. Liseron Budul Fransanın erməni icması tərəfindən Facebook və Twitter sosial şəbəkələri üzərindən güclü nifrət dolu saysız mesajlarların hədəfinə çevrilib və onu «genosid törədənlərin fahişəsi» kimi qələmə veriblər. Fransadakı erməni təşkilatları koordinasiya şurasının (CCAF) həmsədri Papazyan öz twitter səhifəsindən cəbhə bölgəsindən ədalətli reportaj təqdim edən televiziyaya qarşı kütləvi etirazlara çağırışlar edib. Hətta kanalın boykot edilməsi barədə təkliflər irəli sürülüb.
Eyni zamanda jurnalisitin telefon nömrəsi əldə edildikdən sonra WhatsApp üzərindən də təzyiqə məruz qaldığı deyilir. Televiziya kanalı da həmçinin sistematik olaraq, sosial şəbəkələr, elektron poçt ünvanı və telefon zəngləri ilə narahat edilib. Nəticədə TF1 həmin reportajın yayımını dayandırmaq və onu sistemdən silmək məcburiyyətində qalıb. Bununla belə kanala qarşı etirazlar hələ də davam edir.
Hətta TF1 kanalının rəhbər şəxslərindən bəzilərinin ermənilər tərəfindən başlarının kəsilməsi təhdidi ilə üzləşdiyi bildirilir. "Sərhədsiz Reportyorlar" Təşkilatı reportajın müəllifi olan jurnalistin kəskin tənqid olunduğunu və ona qeyri-etik, nifrət dolu mesajlar göndərildiyini bildirib və bu hadisəni qınayıb.