“Sübut etmək yox, həbs etmək lazımdır Paşinyanı” Tiqran Atanesyan
"Heç bir şeyi sübut etməyə ehtiyac yoxdur və Nikol Paşinyan çox tez bir zamanda həbs olunmalıdır". DİASPOR.İNFO Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri etirazçılara qoşulan vəkil Tiqran Atanesyan Baş Prokurorluğun qarşısında bəyan edib.
“Artıq Artur Davtyan qanunvericiliyə müdaxilə maddəsi ilə cinayət işi başlaya, Nikol Paşinyanın həbsinə qərar verə bilər. Bununla da hər şey bitəcək. Əminəm ki, Nikolun hazırkı mühafizəçiləri belə onu döyərək lazım olduğu yerə aparmaqdan məmnun olacaqlar”, deyə vəkil Tiqran Atanesyan bildirib.
Müəllif: İnam Hacıyev
195