Qızıl yataqlarının işlənməsi valyuta gəlirlərimizin artmasına imkan verəcək - ŞƏRH ÖZƏL
"İşğaldan azad olunmuş ərazilərimizdə olan təbii ehtiyatların və həmçinin qızıl yataqlarının işlənməsi Azərbaycanın qeyri-neft icracatının artırılması baxımından çox vacibdir. Bu Azərbaycan üçün yeni dövrdə valyuta gəlirlərimizin artmasına imkan verəcək. Eyni zamanda xüsusilə də qeyri-neft sektorunda ixrac imkanlarımızın genişlədirilməsinə səbəb olacaq". Bunu DİASPOR.İNFO-ya açıqlamasında Milli Məclisin üzvü, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Deputatın sözlərinə görə, hazırda Azərbaycan üçün qızıl hasilatı bir tərəfdən qeyri-neft ixracatımızın artırılması baxımından vacib hesab olunur: "Digər tərəfdən isə bu Azəbaycanın qızıl ehtiyyatlarının artmasına xidmət edəcək. Çünki Azərbaycan son illər qızıl ehtiyyatlarını artıran ölkələrdən biridir. Pandemiya və pandemiyadan əvvəlki dövrlərdə ticarət müharibələri ilə əlaqədar olaraq qızılın qiymətində artımlar müşahidə olunub".
V.Bayramov vurğulayıb ki, son bir ildə dünya bazarında qızılın qiyməti 30 faizə yaxın artıb: "Buna görə də qızıl istehsalı həm strateji, həm də iqtisadi baxımdan kifayət qədər gəlirli və cəlbedicidir. Məhz buna görə də Azərbaycanın dövlət gəlirlərinin, dövlət rezervlərinin və eləcə də valyuta rezervlərinin artmasına imkan yaradacaq".
Müəllif: Aysel Məmmədova