Ərdoğan: “Putin Bakının təklifini qəbul edib” PLATFORMA
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya lideri Bakının regional təhlükəsizliyini təmin edəcək platformanın yaradılması təklifini dəstəkləyib. DİASPOR.İNFO xəbər verir ki, Ərdoğan Azərbaycandan geri dönərkən, təyyarəsində jurnalistlərə verdiyi müsahibəsindəki fikirlərini TASS agentliyi yazıb. Belə ki, təklif edilən platformada Rusiyanın, Türkiyənin, Azərbaycanın, İranın, Gürcüstanın və Ermənistanın iştirakı nəzərdə tutulub.
“Cənab Putin bu ideyaya müsbət yanaşır. Telefonla danışığımız zamanı o mənim də fikrimi soruşub. Mən ona cavab verdim ki, Azərbaycan Prezidenti İlham Əliyev bu məsələyə müsbət nümayiş etdirməsindən sonra, mühümdür ki, mən də buna müsbət yanaşmalıyam. Bu mövzuda hətta Gürcüstan da gündəmə çıxıb”, Türkiyə Prezidenti Habertürk-ə müsahibəsində bildirib.
Bundan əlavə, Ərdoğan qeyd edib ki, İrəvanın sözügedən platformaya birləşəcəyi halda Türkiyə ilə Ermənistan münasibətlərində yeni səhifə açıla bilər.
Rövşən RƏSULOV