Azərbaycan Zəfərinin ermənilərə vurduğu ağır zərbə və... SİYASİ RAKURS+ÖZƏL
Yaxud, nəinki Türkiyə, hətta Rusiya da onlara düşməndir
Bakıda noyabırn 10-da keçirilmiş Zəfər paradı və paradda 44 günlük Vətən müharibəsində dünyaya səs salan şücaətlər göstərən Azərbaycanın müxtəlif qoşun növləri ilə yanaşı qardaş Türkiyə Silahlı Qüvvələrinin də yanaşı addımlamaları ilk növbədə bizə qarşı dost münasibətində olmayan ölkələrlə bərabər, əlbəttə ki, düşmənçilik mövqeyində qaldığını hər cəhdində göstərən Ermənistan tərəfini də narahat etməyə bilməzdi. Məhz bu səbəbdəndir ki, Ermənistan KİV-ləri, ictimaiyyətçiləri və siyasətçiləri həqiqətə çevrilmiş məğlubiyyətlərini hələ də yuxu kimi görməyə çalışır, müxtəlif bəhanələrlə, sərsəm ifadələr və proqnozlarla ört-basdır etməyə cəhdlər göstərirlər. İstər hakimiyət nümayəndələrinin, istərsə də qeyri-hakimiyyət adamlarının, xüsusilə baş nazir Nikol Paşinyanı devirib, iqtidara yiyələnməyi planlaşdıran müxalifət liderlərinin parad ətrafında sərgilədikləri mövqeləri sırasında Rusiyaya qaşrı hiddət də açıq-aşkar görünməkdədir.
İlham Əliyev cənablarının qədim Azərbaycanm torpaqları olan İrəvan, Zəngəzur və Göyçə həqiqətlərini bəyan etməsi qarşı tərəfi əməlli-başlı qorxuya salıb, təlaşlandırıb
Maraqlıdır ki, indi həm mövcud iqtidar, həm də müxalifət yenidən rusların qanadları altına sığınmağı yeganə xilas yolu olduğunu desələr də, “hər kəs bizim üçün nə isə etməlidir” tipli axmaq prisniplərini də unutmur, yeri gələndə anti-Rusiya xarakterli çıxışlarını artırırlar. Bu baxımdan, Bakıda keçirilən möhtəşəm Zəfər paradı zamanı düşmənin atıb-qaçdığı və vurulan texnikalarının nümayiş etdirilməsi ilə birgə, Prezident və Ali Baş Komandan İlham Əliyev cənablarının qədim Azərbaycanm torpaqları olan İrəvan, Zəngəzur və Göyçə həqiqətlərini bəyan etməsi qarşı tərəfi əməlli-başlı qorxuya salıb, təlaşlandırıb. Ən maraqlısı isə, bu dəfə də Rusiya hədəfə alınıb.
DİASPOR.İNFO xəbər verir ki, bu barədə yazan Armenianreport-un siyasi şərh bölümündəki “Satqınçılığın bədəli” sərlöhvəli məqalədə hədəfə alınan tərəflər yalnız Azərbaycan və Türkiyə deyil, Rusiya da olub. Daha dəqiq desək, Rusiya xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın jurnalistlərlə ənənəvi birfinqi zamanı səsləndirdiyi fikirləri erməniləri özündən çıxarıb.
Ermənistandan Mariya Zaxarovanın xalqların birgəyaşayış mümkünlüyü bəyanatına təhqir: “Bu, yalnız axmaq deyil, həm də ələ salmaq məqsədini güdən bəyanatdır”
“Azərbaycanlılarla ermənilərin Azərbaycanın ərazisində olduğu kimi, Ermənistanda da birgə yaşayışı təcrübəsi var. Tərəflərin bir araya gəlməsi maraqlarının yolunu tapmaq vacibdir”, deyən Zaxarovanın səsləndirdiyi bəyanat necə deyərlər, ermənilərin, daha doğrusu ermənilərin mövqeyini ifadə edən Armenianreport-un ruslar demişkən “çestinə” dəyib və dərhal qarşı tərəfə - YƏNİ Rusiyanin rəsmi mövqeyinə təhqirlər ünvanlanıb. SİTAT: “Bu, yalnız axmaq deyil, həm də ələ salmaq məqsədini güdən bəyanatdır. Zaxarova harada mövqeyini ifadə etmək əhəmiyyəti yaranarsa, hər zaman susmalı olan yerdə ağzını açıb, danışmaq lazım olan yerdə isə susub. Amma bu dəfə o özü-özünü üstələyib...”
Bu üsulla özlərinin “xilaskarı” adlandırdıqları Rusiya siyasətinin aparıcı şəxsini alçaldan ermənilər bir az da irəliyə gedərək sözügedən çıxışları iyrənc adlandırıblar, üstəlik Bakının Zəfər paradı keçirdiyi bir gündə - 10 noyabr tarixində səsləndirildiyindən daxillərindəki aşkar və murdar erməniçiliklərini gizlədə bilməyiblər.
Təbii ki, rəsmi Bakının Zəfər paradı vasitəsi ilə ermənilərə vurduğu əsas zərbə hərbi kütləvi tədbirin vaxtının müəyyən edilməsi də olub. Məsələn, xatırladıb ki, məhz 1991-ci ilin 10 noyabr tarixində qondarma və artıq mvcud olmayan “dqr”in əsası qoyulub və sən demə Qarabağ erməniləri həmin tarixdə “saxta” referendum keçirib, Azərbaycanın tərkibindən “ayırlıblarmış”...
Belə olmasa idi, bütün bunlara görə illərdir ki, yalmandıqları Rusiya dövlətinin XİN rəsmisini təhqirə məruz qoymazdılar!
Beləliklə, 30 il boyunca torpaqlarımızı işğala məruz qoyan, insanlarımızı qətlə yetirən məxluqların xətirlərinə dəyib ki, onların başlarını əzən Azərbaycan dövləti nəyə görə paradı noyabrın 10-a təyin edib, onların qooyub-qaçdıqları həbri texnikaları nümayiş etdirib, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərinin sayı qədər – 2783 nəfər türk əsgəri ilə “Azadlıq” Meydanından keçib və s... Həqiqətən də nə qədər iyrənc, xain və hətta dost dedikləri tərəflərə arxadan zərbə vurmağa hazır olan məxluqlardır bu millətin nümayəndələri, belə olmasa idi, bütün bunlara görə illərdir ki, yalmandıqları Rusiya dövlətinin XİN rəsmisini təhqirə məruz qoymazdılar!
Digər tərəfdən, hər ağızlarını açanda “turk” deyib bizləri təhqir edən, aşağılayan, qanımızı tökməkdən həzz alan ermənilər güzgüyə baxmaq yerinə taxirlər boyu onlara qapı açmış, ayaqda qalmalarına dəstək göstərmiş türk millətini, azərbaycanlıları özlərinin “cəlladları” hesab etmələri də məntiqə sığmayan bir məsələdir. Baxın, guya heç bir Türkiyə-Azərbaycan ittifaqının olmadığını iddia edən Armenianreport Bakı ilə Ankaranın maraqlarının üst-üst düşməsini öz sərsəm təbirincə “müvəqqəti” adlandırıb. Əslində burada da təəccüblü heç nə yoxdur. Çünki ermənilər harada yaşamalarından asılı olmayaraq, bir müddətdən sonra həmin əraziləri “tarixi erməni torpağı” kimi göstərir, blə bir ədalətsizliyə etiraz edənləri ya qətlə yetirir, ya da etiraz edənləri özlərinə qarşı “soyqırımı” törətməyə hazırlaşdıqlarını bar-bar bağırırlar. Necə ki, Azərbaycan və Türkiyənin “yeganə maraqlarının” bu olduğunu həyasızcasına iddia edirlər. Hələ bu harasıdır, onu da iddia edirlər ki, sən demə Mariya Zaxarova bütün bunlardan xəbərdarıymış, daha dəqiqi isə onun boynuna qoymağa çalışırlar ki, bəs türklər və azərbaycanlılar yenidən ermənilərə qarşı “genosid” törətməkdən ötrü bir araya gəliblər və demə Azərbaycan Prezientinin İrəvan, Zəngəzur, Göyçə bəyanatları da buna “əsaslanırmış” (?!). Üstəlik, Qarabağın onlar üçün birdəfəlik itirildiyini ya anlamayan, ya da anlaqlı şəkildə “anlamadıqlarını” nümayiş etdirən ermənilər Azərbaycanın yalnız “arsaxla” kifayətlənmədiyini də siyasi fahişələrə məxsus çirkinliklərə iddia edir.
İndiki Ermənistan ərazilərindən qovulan 300 minə yaxın azərbaycanlıya qarşı vəhşilik törədənlər bəs kimlər idi, Marsda “müstəqilliyini” elan edən “üçüncü erməni dövlətinin mənsublarımı?!”
Halbuki, 44 günlük Vətən müharibəsi zamanı bütün dünya beynəlxalq hüquqa əsaslanaraq, Qarabağın bütövlükdə Azərbaycanın ərazi bütövlüyü olduğunu etiraf olaraq bəyan etmişdi. İndi müharibədən başı-burnu əzilmiş şəkildə çıxan məğlub və işğalçı təfəkkürlü ermənilər hələ də “arsax” deyə-deyə nəyəsə nail olacaqlarını dar düşüncələrinə sığdırıblar və...
Və indi də düşüblər rəsmi Kremlin üstünə ki, Rusiya Ermənistanın strateji müttəfiqidisrə, İrəvan, Zəngəzur, Göyçə bəyanatına qəti cavab verməliymiş-filan...
Baxaq görək daha nə yazırlar. SİTAT: “Lakin orada susurlar. Bunun yerinə ermənilərlə azərbaycanlıların birgə yaşamasını müzakirə edirlər...”
Maraqlıdır, 1988-ci ildən başlayaraq (biz hələ 40 və 50-ci illəri demirik) indiki Ermənistanın ərazisindən, doğma yurd-yuvalarından zorla, qətlə yetirilərək, qovularaq, bütün əmlakları əllərindən alınaraq qovulan 300 minə yaxın azərbaycanlıya qarşı vəhşilik törədənlər bəs kimlər idi, Marsda “müstəqilliyini” elan edən “üçüncü erməni dövlətinin mənsublarımı?!”
Erməni həyasızlığının daha bir nümunəsi: “Rusiya prezidenti bir kəlmə ilə olsa belə Azərbaycanı və Türkiyəni ittiham etmədi”
Beləliklə, Zaxarovanın timsalında Rusiyanı, hətta Rusiyanın prezidenti Vladimir Putini də həyasızcasına hədəfə alan Armenianreport saytı bunu belə yazır. SİTAT: “Əslində, Zaxarovanı anlamaq olar. Axı o Vladimir Putinin ifadələrinin kursundadır. Rusiya prezidenti bir kəlmə ilə olsa belə Azərbaycanı və Türkiyəni ittiham etmədi”.
Erməni media qurumu əbəs deyil ki, Rusiya dövlət başçısının Türkiyə Prezidenti Ərdoğana tərəf ünvanlanmış komplimentlərini də xatırladıb. Məhz bu baxımdan, Ərdoğanın fikirlərini də yazıb: “O, Bakıda bəyan edib ki, Putinin pozitiv mövqeyi Dağlıq Qarabağdakı gərginliyin aşağı düşməsinə imkan yaratdı”.
Bax onda şərəf və ləyaqəti olmayan bəlli düşməndən xilas olmaq üçün Rusiyaya tərəf ilk əlini uzadanlar Azərbaycan və Türkiyə olacaq!
Nəticədə, Zaxarovanın fikirlərini Rusiyanın Ermənistana “xəyanəti” adlandıran ermənilər bu dəfə də sübut etdilər ki, onlar yalnız Azərbaycan və Türkiyəyə deyil, həm də Rusiyaya düşmən gözü, düşmən nəzəri ilə baxırlar və uzun illər onları qoynunda bəsləmiş Moskvaya qarşı hər an arxadan bıçaq saplaya bilmək marağı onlarda qalmaqdadır. Təəssüf ki, yazımın sonunda mən də Rusiyanın mövqeyinə qınaqlı şəkildə yanaşma edərdim. Məsələn, Moskvanın, Rusiyanın xarici siyasətində, daha doğrusu, regional baxışlarında Ermənistana, bütövlükdə isə ermənilərə bel bağlamamasını təklif edərdim. Çünki sonra çox gec ola bilər, bax onda şərəf və ləyaqəti olmayan bəlli düşməndən xilas olmaq üçün Rusiyaya tərəf ilk əlini uzadanlar Azərbaycan və Türkiyə olacaq!
Rövşən RƏSULOV