"Paşinyan ləyaqətimizi oğurlayan küçə cibgiridir" İşxan Saqatelyan
Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən yürüşlər bu dəqiqələrdə İrəvanın müxtəlif yerlərində davam edir. DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, yürüş zamanı “Daşnaksütyun” partiyasının fəalı İşxan Saqatelyan vətəndaşları baş nazirin istefası tələbi ilə yürüşə qoşulmağa çağırıb.
“Nikol Paşinyan hakimiyyətdə olarkən, itaətsizlik hərəkətlərimizi dayandırmayacağıq. Paşinyan bizim ləyaqətimizi və qürurumuzu oğurlayan, 30 ilimizi heçə endirən, gələcəyimizi belə sual altında qoyan bir küçə cibgiridir”, deyə İşxan Saqatelyan bildirib.
Müəllif: İnam Hacıyev
230