Ordu haradan və necə idarə olunur? Arayik Arutyunyan.
"Heç kim üçün sirr deyil ki, "Qarabağ Müdafiə Ordusu" əslində necə və haradan idarə olunur?". DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri özünü qondarma rejim rəhbəri adlandıran Arayik Arutyunyan deyib.
Qondarma rejim rəhbəri Araik Arutyunyan, dövlət başçısı, məsələn, ordunu idarə etməkdə kimi səlahiyyətlərinin məhdud olduğunu bildirib. “Qondarma rejimin Konstitusiyası çərçivəsində bu vəziyyətə görə mən cavabdehəm, ancaq konstitusiyaya uyğun olaraq suverenliyin, müstəqilliyin, ərazi bütövlüyünün və təhlükəsizliyin qarantı olsam, bu dörd dəyərin təmin edilməsi üçün kifayət qədər həcmdə lazımi daxili və xarici səlahiyyətlərə sahib idimmi, genişmiqyaslı müharibə zamanı?
Əgər respublika prezidenti ali baş komandandırsa, onda, Qarabağ Müdafiə Ordusunun necə və haradan idarə olunduğu kimin üçün sirr ola bilər? Qondarma rejim prezidenti bu hərəkətlərdə nə dərəcədə iştirak edir?”, deyə Arutyunyan bildirib.
Arutyunyan guya daxili siyasi qeyri-sabitliyin qarşısını almaq üçün qondarma rejim prezidenti vəzifəsindən istefa etmədiyini də qeyd edib.
Müəllif: İnam Hacıyev