Ermənistanda Valyuta ajiotajı: benzin və sıxılmış qaz bahalaşdı.
Ermənistanda valyutaya yaranan ajiotaj səbəbindən dolların kursu, idxal malları, eləcə də yanacaq bahalaşıb. DİASPOR.İNFO xəbər verir ki, bu haqda Sputnik Armeniya yazır.
Qeyd olunur ki, benzin və sıxılmış qaz bahalaşıb və yanacaqdoldurma məntəqələrində benzinə qoyulan qiymət bir neçə faiz artıb.
“İndi “tənzimləyici” benzinin 1 litrə olan qiyməti yanacaqdoldurma məntəqələrində 70 sentdən artıqdır. Sıxılmış qaz da bahalaşıb”, deyə məlumatda bildirilir.
Xəbərdə taksi sürücülərinin gediş qiymətlərini iki dəfə artırdıqları da qeyd olunur.
Müəllif: Rövşən
207