"Sovet Ermənistanının sərhədinə" aydınlıq gətirildi Paşinyan tərəfindən
Paşinyan erməni qoşunlarının "Sovet Ermənistanının sərhədinə" geri çəkilməsinə aydınlıq gətirməyə çalışıb. DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, erməni baş nazir Ermənistanın İctimai Televiziyasına verdiyi müsahibəsində buna cəhd edib.
Məlumatda qeyd olunur ki, bu vəziyyətdə, erməni qoşunlarının nəzarəti altındakı zona KTMT-nin məsuliyyət zonası ilə tamamilə üst-üstə düşəcək. Bu səbəbdən baş nazir KTMT qüvvələrinin harada reaksiya göstərə biləcəyi və hüququ olmadığı yerlərdə artıq sual yaranmayacağını söyləyib.
“Erməni qoşunları, nəzarət etdikləri ərazinin KTMT-nin məsuliyyət zonası ilə üst-üstə düşməsi üçün "Sovet Ermənistanının sərhədinə çəkildi", deyə Paşinyan vəziyyəti sığortalamağa çalışıb.
Azərbaycanlıların Ermənistan Respublikası ərazisinə girmədiklərini, yalnız sərhədlərinə yaxınlaşdıqlarını deyən Paşinyan, Sünik bölgəsinin heç bir ərazisi işğal edilmədiyini də sözlərinə əlavə edib.
Paşinyan, müsahibəsi zamanı erməni qoşunlarının Qarabağın Kaşatağ bölgəsinin kiçik hissələrini, Zəngilan və Qubadlı bölgələrini də guya əllərində saxladıqlarını desə də, dərhal onu da həmvətənlərinin nəzərinə çatdırıb ki, bu ərazilər saxlanılmaqda davam edərsə, bu ölkə üçün çox pis olar.
“Bu ərazilər təhvil verilməzsə, Ermənistanın qanuni olaraq xarici bir ərazini işğal etdiyi sualı, faktı ortaya çıxa bilər və müharibə Ermənistanın öz ərazisinə keçə bilər”, deyə Paşinyan qorxusunu da gizlədə bilməyib.
Bəlli olur ki, qoşunların mövqelərindən geri çəkilməsinə dair tədbirlərin mahiyyəti, Ermənistan qüvvələri tərəfindən idarə olunan ərazinin KTMT-nin məsuliyyət zonası ilə üst-üstə düşməsidir və bu təşkilatın mümkün iştirakı üçün heç bir maneə olmamasıdır.
Xatırladaq ki, müharibə nəticəsində Qarabağ əraziləri Azərbaycanın nəzarətinə keçdikdən sonra Ermənistanın Sünik bölgəsindəki vəziyyət daha da gərginləşib. Bundan sonra Azərbaycanla sərhədin müəyyənləşdirilməsi prosesi başlayıb ki, bu özü də sərhəd yaşayış məntəqələri sakinləri arasında həddindən artıq narazılığa səbəb olub. Syunikdə etiraz aksiyaları bu narazılıqların təzahürüdür. Vətəndaşlar yolları bağlayır, sərhəd məsələlərini həll etmələrini, evlərini və təhlükəsizliklərini tələb etdilər.
Müəllif: İnam Hacıyev