Jirinovski prezidentlik iddiasındadır Rusiya mətbuatı yazır
Rusiya Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski, Rusiyanın gələcəkdə ola biləcək prezidentlərinin adlarını sadalayıb. DİASPOR.İNFO xəbər verir ki, bu barədə "Moskovski Komsomolets" qəzeti yazır.
Qəzet yazır ki, partiya lideri bunu "Rusiya 1" telekanalında "Vladimir Solovyov ilə axşam" proqramı zamanı açıqlayıb. Nəşrin qeyd etdiyinə görə, siyasətçi xüsusilə, baş nazir Mixail Mişustin, müdafiə naziri Sergey Şoyqu, Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin, keçmiş baş nazir Dmitri Medvedyev, Tula vilayətinin qubernatoru Aleksey Dyumin, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Federasiya Şurasının rəhbəri Valentina Matviyenkonu hazırkı prezident Vladimir Putinin mümkün varisləri adlandırıb.
"Ancaq, başqası varis olacaq", deyə qəzet partiya liderinin sözlərini sitat olaraq yazıb və vurğulayıb ki, eyni zamanda Jirinovski, eyham vuraraq, özünü nəzərdə tutaraq prezident olmaq iddialarını da gizlətməyib.
Xatırladılır ki, ancaq, Putin əvvəllər, 2024-cü ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakını da qəbul etmişdi.
Müəllif: İnam Hacıyev