“Yeni il” münasibətilə Putin Koçaryanı təbrik etdi Paşinyanı yox
Rusiya Prezidenti Vladimir Putin qarşıdan gələn “Yeni il” və “Milad” münasibətilə Robert Koçaryana təbrik mesajı göndərdi. DİASPOR.İNFO xəbər verir ki, bu barədə aysor.am və Ermənistana məxsus digər mətbuat səhifələri də məlumat yayıblar.
Məlumatlarda bildirilir ki, Ermənistanın ikinci prezidentini çox böyük təntənə ilə təbrik edən Putin, Koçaryana və ailəsinə can sağlığı, eləcə də dinclik, əmin-amanlıq arzulayıb. Qeyd olunur ki, bu təbrik yalnız Koçaryan və onun ailəsinə ünvanlanıb, başqalarına deyil.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin tərəfindən təbrik mesajı Ermənistanda yalnız eks-prezident olan Robert Koçaryana ünvanlayıb, sözdə baş naziri olan Nikol Paşinyana deyil.
Müəllif: İnam Hacıyev