“Ermənilər tarix boyu tez-tez belə ölüm və olum astanasında olublar” Robert Koçaryan
Erməni xalqının tarixində çox belə faciəli səhifələr olub. DİASPOR.İNFO Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri qondarma rejimin birinci, Ermənistanın isə ikinci prezidenti Robert Koçaryan Yeni il ərəfəsində deyib.
“Təəssüf ki, erməni xalqının tarixində bu hazırki vəziyyətə bənzər çox belə faciəli səhifələr var. Bir çox bəlalar yaşamışıq. Ermənilər öz tarixləri boyu, mövcud olduqları müddətdə çox tez-tez belə ölüm və olum astanasında olublar”, deyə Robert Koçaryan bildirib.
Koçaryan sonda öz xalqına ümid verərək bildirib ki, ən azından 2021-ci ili gələcəyə inamla qarşılamaq lazımdır.
Müəllif: İnam Hacıyev