Moskva görüşündə diqqətçəkici diplomatik MƏQAMLAR+FOTOFAKT
Yanvarın 11-də, Moskva şəhərində Rusiya Federasiyasının rəhbəri Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağla bağlı üçtərəfli razılaşma əsasında keçirilən görüşündən əvvəl ilginc diplomatik məqam nəzərlərdən yayınmayıb. DİASPOR.İNFO xəbər verir ki, həmin məqam Ermənistanın baş naziri Paşinyanın qarşılanma mərasiminə Rusiya Xarici İşlər Nazirliyinin yüksək vəzifəli şəxsi deyil, yalnız protokol şöbəsinin əməkdaşı və eləcə də Ermənistanın Rusiyadakı səfiri qatılıb.
Azərbaycan Prezidenti İlham Əliyevi isə Vnikovo-2 Beynəlxalq Hava Limanında Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Andrey Rudenko və digər yüksək vəzifəli şəxsləri qarşılayıblar.
Daha bir maraqlı məqam, Azərbaycan və Ermənistan rəhbərlərinin Putinlə görüşləri zamanı müşahidə edilib. Qalib Azərbaycan Liderinin xoş ovqatı və yüksək əhval-ruhiyyəsindən fərqli olaraq, məğlub ölkənin baş naziri ruh düşkünlüyü, kefsiz və pəjmürdə görünüb. Hətta Ermənistanın sosial şəbəkə seqmentləri görüş zamanı Paşinyanın Putinin qarşısında beli bükülmüş şəkildə görüntülərini də istehzaya çeviriblər.
Rövşən RƏSULOV