Ersin Tatar BMT Baş katibinin xüsusi nümayəndəsi ilə görüşəcək
BMT Baş katibinin Kipr üzrə müvəqqəti xüsusi müşaviri Jane Holl Lute Kipr məsələsi ilə əlaqədar qeyri-rəsmi 5-ci görüş təşkil etmək üçün dünən axşam adaya gəlib. DİASPOR.İNFO xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar adanın hər iki tərəfində danışıqlar aparacaq BMT rəsmisini qəbul edəcək.
Prezidentin Mətbuat katibi Berna Çelik Doğruyolun bu yaxınlarda verdiyi açıqlamada Ersin Tatarın Kipr Türk tərəfinin iki tərəfin suveren bərabərliyi və bərabər beynəlxalq statusu əsasında yunan tərəfi ilə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində maraqlı olduğu və bu əsasda danışıqlara başlamağa hazır olduqları qeyd edilib.
Prezident Tatar da Luteyə 5 + BMT şəklində keçirilməsi planlaşdırılan toplantının şərtlərini irəli sürmədən dəstək verdiyini və iki tərəfin suveren bərabərliyi və bərabər beynəlxalq statusu əsasında yunan tərəfi ilə əməkdaşlığı inkişaf etdirmək anlayışı ilə Kiprdə real və davamlı bir konsensus çərçivəsində həyata keçiriləcəyini dəstəklədiyini söyləyəcək. Bununla yanaşı, Luteyə bunun danışıqlar yolu ilə mümkün olduğunu çatdıracaq.
Qeyd edək ki, Lute dekabr ayının əvvəlində adaya gəlib və Prezident Ersin Tatar və Yunanistan Prezidenti Nikos Anastasiadis ilə ayrı-ayrılıqda görüşmüşdü.
Müəllif: Aysel Məmmədova