“İmzalanmış bəyanat ölkəmizin milli maraqlarını özündə əks etdirir” ÖZƏL-MÜNASİBƏT
"Yanvarın 11-də Moskvada üç dövlətin rəhbəri tərəfindən imzalanmış üçtərəfli bəyanat, 10 noyabr 2020-ci il tarixində imzalanmış bəyənatın bir növ davamıdır və dövlətimizin milli maraqlarını özündə əks etdirir". Bu sözləri DİASPOR.İNFO-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyilb.
Komitə sədri vurğulayıb ki, bu bəyənat da əsasən, yol, nəqliyyat infrastrukturunun bərpa edilməsinə diqqətin cəlb olunması, həm region dövlətlərinin iqtisadi, mədəni inkişafı, həm dövlətlər arasında qarşılıqlı etimadın yaradılması, əmin-amanlığın və təhlükəsizliyin təmin edilməsi baxımından çox əhəmiyyətlidir.
“Məlum olduğu kimi, 30 ildir ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir. Bəyənatın şərtlərinə görə, Naxçıvana dəmir yolu və nəqliyyat yolu açılacaq və bu da nəinki, tək ölkəmiz üçün, eləcə də bütün region dövlətləri üçün yeni inkişaf perspektivləri açır. Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatın imzalanması zamanı səsləndirdiyi, “Qarabağ münaqişəsi artıq tarixdə qaldı”, ifadələri deməyə əsas verir ki, müharibə bitmiş və bundan sonra regionda diqqət daha çox qarşılıqlı əməkdaşlığa, insanların rifah halının yaxşılaşdırılmasına, rahat, sülh şəraitinə yaşamasına yönəldiləcəkdir. Yol insanları, ölkələri birləşdirir, əlaqələri, münasibətləri möhkəmləndirir. İnanırıq ki, imzalanmış bəyənatda əksini tapan müddəalar hər üç dövlətin rəhbərləri tərəfindən inamla həyata keçiriləcək, təhlükəsizliyə, insanların xoşbəxt yaşayışına xidmət edəcək və regiona yeni bir həyat bəxş edəcək”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev