“Kommersant”: Moskvada Paşinyanın öhdəsindən gəlmək çətin olmadı - ANALİZ
“Nikol Paşinyan danışıqlar başlamazdan əvvəl imzalamaq niyyətində olmadığı bəyanatı imzaladı”
Rusiya Azərbaycan və Ermənistanın rəhbərlərinin 11 yanvarda Moskvada keçirilən görüşü ilə bağlı "Kommersant" qəzetində maraqlı analitik yazı dərc olunub. Yazını təqdim edirik.
Təxminən saat 11 radələrində Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Moskvaya gəldilər. Ermənistan Baş naziri və Azərbaycan Prezidenti Kremldə Rusiya prezidenti ilə əl sıxışdılar, ancaq bir-birlərini silkələmədilər (bu, həqiqətən, tamamilə artıq olardı). İlham Əliyevin Vladimir Putinə yaxınlaşarkən əl sıxmağa hazırlaşmışdı, ancaq Vladimir Putinin ona tərəf əyildiyini görəndə həvəslə cavab verdi və Rusiya prezidentini qucaqladı. Eyni şey bir az sonra ofisə daxil olan Ermənistanın baş naziri ilə də baş verdi.
Eyni zamanda, Azərbaycan Prezidenti Ermənistan Baş naziri kabinetdə deyilmiş kimi davranmadı və alicənablıq göstərərək onu başını tərpətməklə salamladı. Cavabında Nikol Paşinyan da nümayişkaranə olmasa da, eyni qaydada salam verdi.
Oturduqları anda (təhlükəsiz bir məsafədə, lakin sosial məsafə çətin ki, burada əsas məsələ olaydı), cənab Paşinyana portfelini gətirdilər və o Vladimir Putin danışmağa başlamazdan əvvəl, demək olar ki, qızdırmalı bir şəkildə bəzi sənədləri çıxartmağa başladı. Bilmədən ki, Rusiya Prezidentinin salamlama nitqindən dərhal sonra artıq qapalı olduğu qonşu otağa keçəcəklər və sənədlərin yenidən portfeldə toplanması lazım olacaq.
İlham Əliyevin heç bir kağıza ehtiyacı yox idi: hər zamanki kimi başında hər şey hazır idi. Həqiqətənmi Qarabağın azad olunmuş bölgələrinin adlarını xatırlamaq çətin idi? Və məlum səbəblərə görə onun üçün heç bir şey bundan daha əhəmiyyətli ola bilməz. Onun üçün aparılan danışıqların məqsədi qələbəsini daha əsaslı təmin etmək idi.
Nikol Paşinyanın məqsədi nə idi, yalnız o deyə bilərdi. Səfərdən əvvəl Ermənistandakı tərəfdarlarına və müxaliflərinə, “erməni aslanlarını Azərbaycan əsirliyindən qurtarmaq lazım olduğunu və bunun üçün istənilən şəxslə görüşməyə hazır olduğunu” söylədi.
Eyni zamanda, bir çoxları bu sözləri “istənilən şəxslə” görüşə haqq qazandırmaq üçün zəif bir cəhd kimi qəbul etdilər, dedilər ki, Nikol Paşinyan sadəcə Vladimir Putini rədd edə bilmir.
Vladimir Putin noyabrda Moskavada keçirilmiş həlledici danışıqlara toxunaraq bildirdi: “Daim təmasda idik, birlikdə kompromis axtarırdıq. Xatırladığınız kimi, noyabrın 9-da gecə telefon danışıqları da daxil olmaqla, intensiv bir şəkildə həyata keçirdiyimiz səylər nəticəsində sizinlə imzaladığımız üçtərəfli bir bəyanat qəbul edildi. Bu əsas sənəd, bildiyiniz kimi, ilk növbədə hərbi əməliyyatların tamamilə dayandırılması, rus sülhməramlılarının bölgəyə göndərilməsi və xüsusən də toqquşmalardan təsirlənən mülki əhalinin normal həyat vəziyyətinə qayıtması üçün hərtərəfli və təsirli yardım göstərilməsindən bəhs edir”.
Rusiya prezidenti bu qəti danışıqlarda özünün nəyi rəhbər tutduğunu izah etdi: “Bu gün üçtərəfli razılaşmaların ardıcıl olaraq həyata keçirildiyini məmnuniyyətlə deyə bilərik. Əminik ki, bu, həm erməni, həm də Azərbaycan xalqının mənafeyi naminə uzun illərdən bəri davam edən münaqişənin ədalətli əsaslarla uzunmüddətli və geniş miqyaslı həlli üçün lazımi ilkin şərtlər yaradır”.
Buradakı əsas ifadə "ədalətli əsas" idi. Yəni, öz ədalət ideyalarını rəhbər tuturdu: 30 il əvvəl başqasının ələ keçiriləninin geri verilməsi və bir daha başqasının nəyinisə götürməməli ki, 30 ildən sonra qaytarmalı olmayasan.
“Ermənistan və Azərbaycan tərəflərinin istəyi ilə Dağlıq Qarabağdakı təmas xəttində və Laçın dəhlizi boyunca atəşkəsə riayət olunmasını izləmək üçün Rusiya sülhməramlı kontingenti yerləşdirildi” - deyə cənab Putin sözlərini davam etdirdi: “Atəşkəsin effektiv şəkildə tətbiq edilməsi üçün bir sistem yaradıldı. Rus sülhməramlılarının məsuliyyət zonasında 23 müşahidə məntəqəsi var. Dörd əlavə post koridor boyunca hərəkət təhlükəsizliyindən məsuldur. İndi bölgədə vəziyyət sakitdir. Məcburi köçkünlərin və qaçqınların təhlükəsiz qayıtması üçün çox şey edirik. 14 noyabrdan bəri artıq 48 mindən çox insan Qarabağa qayıtdı. Rusiyanın vasitəçiliyi ilə məhkumların və ölülərin cəsədlərinin mübadiləsi həyata keçirildi.
Sonuncu məsələ Rusiya tərəfinin fikrincə mübadilənin başa çatdırılması məqsədilə müzakirə edilə bilər.
Əslində, hələ də kifayət qədər hərbi əsir var və Nikol Paşinyan, təxminən 4 saat davam edəcək danışıqlar zamanı yeni mübadilə edilməsində israr edəcək.
“Düşünürəm ki, bu gün, ilk növbədə, ötən il 9 noyabr tarixli birgə bəyanatda göstərilən nizamlanmanın əsas sahələrində növbəti addımları müəyyənləşdirmək vacib olardı. Rusiya sülhməramlı kontingentinin fəaliyyəti, sərhəd xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs sahələrinin qorunması ilə bağlı məsələləri nəzərdə tuturam”- deyən Putin gündəmi təsdiqləyərək hərbi əsir mübadiləsi barədə bir şey demədi.
4 saat davam edən qapalı danışıqlardan sonra 3 iştirakçı çıxdı ... Mətbuata yazmaq istədim, amma orada mətbuat yox idi. Yəni, mikrofonlara getdilər. Və maraqlı idi. Axı, "Kommersant"ın verdiyi məlumata görə, erməni tərəfi danışıqlar başlamazdan əvvəl hər hansı bir bəyanat verməkdən və sənədləri imzalamaqdan qəti şəkildə imtina etmişdi. İndi sənəd, məlum olduğu kimi imzalanacaq.
Bu, Moskvada Nikol Paşinyanın öhdəsindən gəlməyin o qədər də çətin olmadığını göstərirdi.
İndi isə üçü də mikrofonların yanında dayandılar, artıq heç bir məsafə saxlamadılar və əvvəlcə cənab Putin danışdı. Paşinyan isə öz çıxışına hazırlaşdı və, görünür, əsəbi olaraq, özünü hər iki tərəfdən və ciblərindən fəal şəkildə sığalladı.
Putin dedi: “Əvvəla, həmkarlarıma - həm Azərbaycan Prezidentinə, həm də Ermənistanın Baş nazirinə - bu gün Moskvaya gəlməyi, keçən il 9 noyabr tarixli sülh müqaviləmizin şərtlərinin icrası ilə bağlı məsələləri müzakirə etmək üçün görüşməyi qəbul etdikləri üçün təşəkkür edirəm. Bugünkü görüşü son dərəcə vacib və faydalı hesab edirəm, çünki razılığa gələ bildik və bölgədəki vəziyyətin inkişafına dair ortaq bir bəyanat imzaladıq.
Hətta Putin üçün belə bu razılaşmanınn imzalanacağı dəqiq aydın deyildi.
"İqtisadi əlaqələrin qurulması, infrastruktur layihələrinin inkişaf etdirilməsi üçün konkret addımlar nəzərdə tuturam"- o dedi. Və əlavə etdi: "Bu məqsədlə 3 hökumətin - Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin rəhbərlik etdiyi bir işçi qrupu yaradılacaq. Yaxın gələcəkdə onlar işləyən mütəxəssis alt qrupları yaradacaq, nəqliyyat infrastrukturunun və bölgə iqtisadiyyatının inkişafı üçün konkret planlar təqdim edəcəklər”.
İlham Əliyevin çıxışı sülhsevər idi. Ermənilərin qüruru üçün təhqiramiz olan mənalı eyhamları ehtiva edə bilərdi, lakin bunların olmadığını düşünün. “Bu gün imzalanan bəyanat niyyətimizdən bəhs edir” - deyən İlham Əliyev hesab edir ki, hərbi əməliyyatların dayandırılmasına dair bəyanatının müddəalarından biri nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması idi.
Onun üçün bu açıqlamada nəqliyyat kommunikasiyası mövzusu əsas idi.
Və yalnız bir dəfə İlham Əliyev loyallıq prinsipinə müqavimət göstərə bilmədi: “Bütün bunlar Vladimir Vladimiroviçin bir vaxtlar dediyi kimi, Dağlıq Qarabağ münaqişəsinin keçmişdə qaldığına inam aşılayır ...”.
Bu sözlərdən sonra Nikol Paşinyan hətta geri döndü və gözlərini aşağı saldı. Bu fikri bəyənmədi. Bütün bunların özünün də daxil olduğu keçmişdə qaldığına inanmırdı. Və Ermənistanın Baş naziri danışmağa başlamazdan əvvəl dərindən və ağır bir ah çəkdi.
- ...Təəssüf ki, bu münaqişə hələ həll olunmayıb... Əlbəttə qalır... hmm... Atəşkəsin təmin edilməsini bacardıq... - Ermənistan baş naziri tərəddüd edirdi.. - Hələ həll edilməli olan bir çox məsələ var. Bu məsələlərdən biri statusdur, amma... Dağlıq Qarabağın statusu məsələsi...
İlham Əliyev üçün belə bir məsələ yoxdur. Və Nikol Paşinyan hıqqıltı ilə və çətinliklə ifadələr seçərək onun və ölkəsi üçün heç bir şeyin bitmədiyini, sadəcə atəş etməyi vaxtında dayandırdığını söyləmək istədi. Ancaq bunlar daxili auditoriya, yəni Ermənistan üçün olan sözlər idi. Əslində, bu gün onu istədikləri bütün məqamlara yenidən inandırdılar. Azərbaycanla Ermənistan arasındakı 2-ci müharibə Cənubi Qafqazda mövcud "status-kvo"nu dəyişdirdi.
“Və biz əlbətdə ki ... Ermənistan danışıqları - xüsusən də bu məsələ ilə bağlı - ATƏT-in Minsk Qrupunun həmsədrliyi çərçivəsində davam etdirməyə hazırdır”- deyən baş nazir əlavə etdi: “Təəssüf ki, bu gün biz əsirlərlə bağlı məsələni həll edə bilmədik və bu ən həssas və ağrılı məsələdir. Çünki bu humanitar bir məsələdir və bu istiqamətdə çalışmağa davam edəcəyimizə (nəhayət ki, İlham Əliyev tərəfə baxaraq - A.K.) razılaşdıq. Xüsusilə, birgə bəyanatımızın 8-ci bəndi, təəssüf ki, tam yerinə yetirilməyib (bu, əsir və cəsədləri mübadiləsi bəndidir - AK). Ümid edirəm ki, ən qısa müddətdə konkret bir qərara gələ biləcəyik. Ancaq deməliyəm ki, bu gün imzaladığımız bəyanat həqiqətən çox vacibdir və bu bəyanatdakı razılaşmaların həyata keçirilməsinin bölgəmizin iqtisadi imicini və görünüşünü sadəcə dəyişdirə biləcəyini gizlətməyəcəyəm (hər biri çıxışında "bölgəmiz" dedi, amma yenə də ümumi region nəzərdə tuturlar, Qarabağı deyil - A.K.) iqtisadi yeniliklər daha etibarlı təhlükəsizlik zəmanətlərinə də səbəb ola bilər və əlbəttə ki, bu istiqamətdə konstruktiv işləməyə hazırıq, amma dediyim kimi, bu görüşün müddəti ərzində bütün məsələləri həll etmək mümkün deyildi. Ümid edirəm ki, irəliləməyə davam edəcəyik, bir daha vurğulamaq istəyirəm ki, bizim üçün də hazırda əsas məsələ humanitar məsələlər, 9 və ya 10 noyabr tarixli birgə bəyanatımızın 8-ci bəndi üzrə də (Moskva və Bakı-Yerevan vaxtı bu vəziyyətdə bir gün fərqlənir - A. K.).
Bunu söyləyərək həmyerlilərinin gözündə və özününkülərdə hərbi əsirlər uğrunda vuruşan Nikol Paşinyan hava limanına yollandı, İlham Əliyev isə Kremldə qaldı.
Sonra isə İlham Əliyev Vladimir Putinlə təkbətək görüşdü (bu, “Kommersant”ın verdiyi məlumata görə əvvəlcədən razılaşdırılmışdı). Azərbaycan Prezidentinin tələsəcək yeri yox idi. Görünür, yenə də qələbəsindən zövq almaq üçün hər bəhanədən istifadə edir.
İlham Əliyev imzalanmış bəyanatın təfərrüatlarını dedi: “Bəyanat bölgəmizdə tamamilə yeni bir vəziyyətin yaradılması, nəqliyyat kommunikasiyalarının blokunun açılması məqsədi daşıyır. Bunun bizim üçün böyük əhəmiyyəti var, çünki bu yolla, 30 ildən çox bir müddətdən sonra Azərbaycan, Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyaları vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə əlaqə quracaqdır. Ermənistanın Azərbaycan ərazisi ilə Rusiya və İranla dəmir yolu əlaqəsi olacaqdır. Naxçıvan Muxtar Respublikası üzərindən də Türkiyə bazarına çıxış əldə edəcəyik. Həm də Türkiyə və Rusiya dəmir yolu arteriyaları bağlanacaq. Yəni bu açıqlama böyük perspektivlər açır!
Yəni İlham Əliyev və Vladimir Putin açıq şəkildə bu açıqlama ilə əvvəlki 9 noyabr tarixli razılaşmanı möhkəmləndirdiklərinə inanırlar.
Ondan sonra müharibədən danışmaq üçün vaxt olmamalıdır elə müharibənin özündən əvvəldən də. 30 il əvvəl mövcud olan nəqliyyat arteriyalarının açılmasından və yenilərinin tikilməsindən faydalanmaq üçün vaxt qazanmaq daha faydalı olacaq.
“Və Ermənistanla Azərbaycan arasında yaranan və illər ərzində formalaşan vəziyyət nəhayət həll olundu və əminəm ki, hər iki xalq da gələcək və barışıq haqqında düşünmək üçün özündə müdriklik və iradə tapacaq və erməni tərəfin də 9 noyabr bəyanatına yenidən baxmaq cəhdləri olmayacaq",- İlham Əliyev dedi.
Yəni, bununla daha bir dəfə də öz qalibiyyətini nümayiş etdirməkdən özünü saxlaya bilmədi...
Müəllif: Andrey Kolesnikov
Tərcümə: Elçin Bayramlı
Yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb