ABŞ hərbçiləri antifrizdən zəhərlənib
Texasda ABŞ ordusunun 11 əməkdaşı antifrizdən zəhərləndikdən sonra xəstəxanaya yerləşdirilib. DİASPOR.İNFO bu barədə "Reuters" agentliyinə istinad edərək bildirir. Agentlik zəhərlənən hərbçilərdən ikisinin vəiyyətinin ağır olduğunu da gizələtməyib
Verilən məlumata görə, hadisə əsgərlərin 10 günlük təlim manevrini başa vurmasından sonra baş verib.
Maraqlıdır ki, bu gün ABŞ ordusunda təlimlər zamanı hər hansı bir alkoqoldan istifadə yasaqdır.
Yeri gəlmişkən bildirək ki, əsgərlərinin kütləvi şəkildə qəbul etdikləri antifriz aşağı temperaturda donmayan mayelər üçün ümumi bir addır. Bunlar daxili yanma mühərriklərinin soyudulması üçün aşağı temperaturda işləyən qurğularda istifadə olunur. Antifriz üçün əsas mayelər kimi etilen qlikol, propilen qlikol, qliserin, monohidrik spirt və digər maddələrin qarışıqları istifadə olunur.
Ağasəf Babayev