Erməniləri qorxudan nədir?
Bir müddət bundan əvvəl, dəqiq desək, yanvarın 30-da Ağdamda Rus-Türk Müştərək Monitorinq Mərkəzinin açılışı olub. Təbii ki, bu açılış təkcə erməniləri deyil, həm də onlara havadarlıq edənlərin də elə ürəyincə deyil. Həmişə "yatdığı araba kölgəsini öz kölgəsi bilən kö..." ermənilər 9 noyabr tarixli üçtərəfli bəyanatın bu məqamını Bakı üçün "son dərəcə vacib", İrəvan üçünsə son dərəcə təhlükəli bir hal kimi dəyərləndirir.
DİASPOR.İNFO bu barədə məlumatı erməni mətbuatındakı xülasəyə istinad edərək bildirir.
Maraqlıdır, görən, erməniləri pəjmürdə edən, dəqiq desək, qorxudan nədir? Məsələn, Rusiya Müdafiə Nazirliyi bildirir ki, mərkəz atəşkəs rejiminə əməl olunmasına nəzarət edəcək və əgər tərəflərdən biri bu razılaşmanı pozan hərəkətlər edərsə, bu barədə məlumat toplanıb ümumiləşdirilərək yoxlayacaq. Bundan əlavə, nəzarət pilotsuz uçuş aparatlarının istifadəsi və digər mənbələrdən əldə edilmiş məlumatların qiymətləndirilməsi yolu ilə həyata keçiriləcək.
Bəli, pilotsuz uçuş aparatları - dronlar vasitəsi ilə həyata keçiriləcək. Məsələ bundadır ki, erməniləri qorxudan da budur. Belə görünür ki, bir neçə ay əvvəl erməni yararqlılarına dəhşət yaşadan, mülki əhaliyə isə psixoloji qorxu hissi aşılayan Türkiyənin pilotsuz təyyarələrinin yenidən Qarabağda peyda olması, "rus sülhməramlıları"nın arxasında durmasına baxmayaraq, ermənilərdə yenidən böyük qorxu hissi yaradıb.
Təsadüfi deyil ki, erməni hərbi ekspert Tiqran Abramyan Qarabağda türk pilotsuz təyyarələrin - dronların yenidən havaya buraxılmasını ermənilər üçün təhdid kimi dəyərləndirir. Xoflu erməni ekspertin fikrincə, tərəflərin birgə yaratdığı mərkəz fəaliyyətləri ilə bağlı funksional imkan və hədəflərin bir çox məqamlarını ermənilərdən gizlədirlər.
Abramyana görə, uzun illər Qarabağdakı həll prosesində fəal iştirak etmək istəyən Türkiyə, "izləmə" adı altında, nəhayət ki, öz qoşunlarını buraya yerləşdirmək fürsəti əldə etdi. Qəribə də olsa, erməni ekspert həyasızcasına, "təcavüz"ə görə Azərbaycanla bərabər məsuliyyət daşıyan bir ölkənin-Türkiyənin Qarabağa gəlməsinin həm Rusiya, həm beynəlxalq ictimaiyyətlə birgə Ermənistanın da qeyd-şərtsiz qəbul etməsini hələ də anlaya bilmədiyini deyir. Buna görə də, hər şeydən əlləri üzülən ermənilərin nümayəndəsi kimi Abramyan da NATO tərəfdaşlarını Türkiyənin davranışlarına müqavimət göstərməyə çağırır.
Təbii ki, çağırışlarının əsassız olduğunu anlayan erməni ekspert erməni xislətini nümayiş etdirərək, Rusiyaya Türkiyənin bölgədəki həqiqi hədəflərinin nə olduğunu başa salmağa da çalışır. Abramyana görə, Türkiyənin Qarabağ proseslərində həqiqi iştiraka nail olması, təkcə Ermənistana qarşı deyil, həm də Rusiyaya qarşı daha aqressiv hərəkətlər üçün tramplin ola bilər.
Unutmaq lazım deyil ki, "hərislik, intriqalar, satqınlıq, andı pozma, yaltaqlıq bu millətin əsas milli xüsusiyyətlərindəndir. Məhz ermənilər hər cür bəhanə ilə hay-küy qoparmaq qabiliyyətinə malikdirlər. Onlar nəinki özləri çığırırlar, həm də özləri kimi axmaq və satqınları da buna məcbur edirlər". Bu fikirlər mənə aid deyil, Eçmiədzin Sinodunun prokuroru A.Frenkelin 1907-ci ildə Ali Sinoda göndərdiyi arayışdan götürülüb.
Ağasəf Babayev