“Putinlə Makronun görüşünün dəqiq tarixi bəlli deyil” Dmitri Peskov
"Rusiya lideri Vladimir Putinlə Fransa prezidenti Emmanuel Macron arasında görüşün dəqiq tarixi hələlik məlum deyil". DİASPOR.İNFO
RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
Fransanın Rusiyadakı səfiri Pierre Levi də RİA Novosti-yə verdiyi müsahibəsində Paris və Moskvanın Fransa prezidentinin Rusiyaya səfərini təşkil etmək imkanlarını nəzərdən keçirdiyini, lakin hələ dəqiq tarixlərin olmadığını söyləyib.
"Bunun üçün hələ dəqiq tarixlər yoxdur, ancaq bilirsiniz ki, Putin və Macron çox intensiv bir dialoq aparırlar", deyə Peskov, görüş tarixləri barədə jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Son il ərzində bir telefon dialoqu olub, amma telefon formatı belə məzmun etibarilə heç bir şəkildə təsirli deyil. Çoxşaxəli münasibətlərimiz var. Heç də hər yerdə razılaşmırıq, amma biz hər şeyi müzakirə edirik, hansıki, bunlar bizim çox yüksək qiymətləndirdiyimiz münasibətlərdir. Həqiqətən də, prezidentlər dəfələrlə fərdi görüş təşkil etmək lazım olduğunu söyləmişlər və vəziyyət bunun üçün az-çox uyğun gələn kimi belə bir görüş keçirəcəkləri barədə razılığa gəlmişlər. Ancaq bir daha təkrar edirəm, hələ dəqiq tarixlər bəlli deyil", deyə Peskov bildirib.
Müəllif: İnam Hacıyev