Nikol Paşinyan tələyə düşüb..?
"İctimaiyyət həmişə, xüsusən də çox ciddi bir ümidsizlik mərhələsi olanda daha çox ikinci prezidentlə müsahibəni səbirsizliklə gözləyir".
DİASPOR.İNFO erməni mətbuatına istinad edərək bildirir ki, bu fikirləri "Ayastan" Ümumerməni fondunun keçmiş icraçı direktoru Ara Vardanyan fevralın 1-də jurnalistlər üçün keçirdiyi görüşdə bildirib.
2018-ci ildə xalqın yaxşılığa dair gözləntilərini oyadan Paşinyanın bu gün insanlardakı bütün ümidləri öldürdüyünü bildirən Vardanyana görə, hazırda Ermənistandakı insanlar ciddi bir psixoloji stres yaşayırlar.
Onun sözlərinə görə, bu gün ölkədə, Paşinyandan sonra, hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, biz geniş miqyaslı bir mühacirətdə olacağıq. Sabiq icraçı direktorun fikrincə, bu gün ermənilərdə gələcəyə olan inam hədsiz dərəcədə azalıb.
Maraqlıdır ki, Paşinyanın seçkilərə getməyə nail olacağı təqdirdə belə, bu vəziyyətdə məhv olacağını istisna etməyən Vardanyan, hələ də hakimiyyətini qoruyub saxlaya bilən baş nazirin tələdə olduğunu bildirib. Erməni siyasətçi xalqının 2018-ci ilin dekabrında etdikləri səhvi anlamağa və Ermənistanı azad edib irəli aparmaq üçün Nikola qarşı mitinqlərində iştirak etməyə çağırıb.
Ağasəf Babayev