Türkmənistanda prezident Qurbanqulu Berdiməhəmmədov ölkədə müstəqilliyin 30-cu ildönümünü ilə bağlı 448 milyon dollar dəyərində otel tikdirir. Maraqlıdır ki, yeni tikiləcək otel Berdiməhəmmədovun adını daşıyacaq. Bundan əlavə, prezident parad keçirmək üçün yeni tribuna və Türkmənistanın məşhur alabay cinslı itləri üşün yenitipli “evlər”in tikilməsi üçün də göstəriş verib. Diaspor info bu barədə rus mətbuatına istinadən xəbər verir.
Maraqlıdır ki, artıq yerli televiziyalar da bu barədə xalqı məlumatlandırıb. Halbuki, əvvəllər belə xəbərlər xalqdan gizlədilirdi. İndi isə artıq tikintinin podratçıları da mılumdur. Belə ki, dəyəri 1.37 milyard dollar olacaq bir sıra layihələri Fransanın “Bouygues Batiment” şirkəti həyata keçirəcək. Bunların arasında Aşqabadda paradlar qəbul edən hökumət tribunası, Beynəlxalq Qəbullar Mərkəzi, “Türkmənbaşı” bank binası və “Arkadag” oteli var. Bir daha xatırladaq ki, tikiləcək otelin tikintisi 448 milyon dollar dəyərində qiymətləndirilir.
Yeri gəlmişkən xatırladaq ki, “Arkadag” Berdiməhəmmədovun rəsmi adıdır.