Putinlə Makronun gələcək görüşü barədə Peskov danışıb
Rusiya prezidenti Vladimir Putinin fransalı həmkarı Emmanuel Makronla qarşıdakı görüşünün dəqiq tarixi və formatı hələ müəyyənləşməyib. DİASPOR.İNFO RenTV-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
"İndiyə kimi nə format, nə də dəqiq bir vaxt, təxmin yoxdur. Hələ razılaşdırılmayıb", deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.
Xatırladaq ki, bir qədər əvvəl Peskov, Putinin hələ də Napoleonun ölümünün iki yüz illiyi münasibətilə bir tədbirə Makrondan dəvət almadığını söyləmişdi. Bu məqam ondan xəbər verir ki, Rusiya prezidenti Fransa prezidentindən xüsusi dəvət gözləyir. Məhz bu səbəbdən Dmitri Peskovun “görüşün dəqiq vaxtı və formatı müəyyənləşməyib ifadəsi” anlaşılandır.
Müəllif: İnam Hacıyev