Azad olunmuş əraziləri cənnətə çevirəcəyik deyilirsə... - ŞƏRH ÖZƏL
"Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuli, Cəbrayıl, Zəngilan və Laçın rayonlarına səfər edib. Səfər çərçivəsində ölkə başçısı yenidənqurma və bərpa işlərinin tərkib hissəsi olan bəzi layihlərin təməlini atıb, su elektrik stansiyasının açılışını edib və Laçında üç rəngli dövlət bayrağımızı dalğalandırıb". Bunu DİASPOR.İNFO -ya açıqlamasında Milli Məclisin üzvü Azər Badamov deyib.
Deputat bildirib ki, ölkə Başçısının işğaldan azad olunmuş ərazilərə mütəmadi səfərlər etməsi onu göstərir ki, bu ərazilərin bərpası və yenidən qurulması prezident İlham Əliyev üçün əsas prioritetdir: "Cənab prezident İlham Əliyevin dediyi söz real həyatda həmişə öz əksini tapır. Neçə illər idi ki, cənab Prezident biz torpaqlarımızın işğalda qalması ilə heç vaxt razı ola bilmərik və bayrağımız Şuşada dalğalandırcayıq deyəndə bəzilər üçün bu, real görünmürdü. Amma sentyabrda başlanmış Vətən müharibəsində əldə etdiyimiz böyük qələbəmiz ölkə başçsının sözünün gücünü göstərdi. Bu gün ölkə başçısı qısa bir zamanda işğaldan azad olunmuş torpaqlarımız yenidən qurularaq bərpa edib böyük qayıdışı həyata keçirəcəyik deyirsə, təbii ki, bu, qısa bir zamanda baş tutacaqdır".
A.Badamov vurğulayıb ki, əgər azad olunmuş əraziləri cənnətə döndərəcəyik deyilirsə, təbii ki, qısa bir zamandan sonra biz bunun şahidi olacağıq: "Səfər çərçivəsində ölkə Başçısı "ağıllı kənd" layihəsinin təməlini qoydu. Yenidən qurulacaq bütün şəhərlər müasir baş planlara əsasən innovasiyalarla icra olunacaqdır. Bu ərazilərin müasir bərpası digər regionlarımızın da gələcəkdə yeni model üzərində qurulacağına yol açacağını düşünürəm. Çünki, dünyanın gələcəyi innovasiyalaşmış həyat üzərində qurulmalıdır. Azərbaycan artıq bu işin icrasına işğaldan azad olunmuş ərazilərindən başlayıb.
Müəllif: Aysel Məmmədova