Merkel yumşaldılmanın tərəfdarıdır
Almaniyanın kansleri Angela Merkel koronavirusla əlaqəli məhdudiyyətlərin ehtiyatla yumşaldılmasının tərəfdarıdır. DİASPOR.İNFO xəbər verir ki, bu barədə “Spiegel” nəşri öz mənbələrinə istinadən məlumat yayıb.
Rəyasət Heyətinin onlayn iclasında iştirak edənlərin verdiyi məlumata görə, kansler məhdudiyyətlər rahatlaşdırıldığı, yumşaldığı təqdirdə daha çox testin aparılmalı olduğunun vacibliyini düşünür.
Merkel, şəxsi təmaslar, məktəblər, peşə məktəbləri, mədəniyyət, restoranlar və idman sahəsi olmaqla məhdudiyyətlərin yumşaldıla biləcəyi üç sahəni təyin edib. Eyni zamanda, kansler, sayıqlığı itirməməyə çağırıb.
Robert Kox İnstitutunun verdiyi məlumata görə, Almaniyada ümumilikdə 2.390.928 koronavirus virusuna yoluxma təsbit edilib, COVID-19 diaqnozu qoyulmuş 67.903 nəfər isə bu xəstəlik səbəbindən dünyasını dəyişib.
Müəllif: İnam Hacıyev