Dünən Azərbaycan, Türkiyə və Türkmənistanın XİN başçıları Ankarada görüş keçiriblər.
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirləri Türkiyənin paytaxtı Ankarada üçtərəfli görüş keçiriblər.
DİASPOR.İNFO-nun Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, üç ölkənin xarici siyasət idarələri rəhbərlərinin beşinci üçtərəfli görüşünün proqramına əsasən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistanın XİN başçısı Rəşid Meredovun iştirakı ilə həm ikitərəfli, həm də üçtərəfli görüşlər keçiriblər.
Görüşlərdə ölkələr arasındakı münasibətlər və regional proseslər ilə əməkdaşlığı daha da inkişaf etdirmək üçün atıla biləcək addımlar müzakirə olunub.
240