Azərbaycan Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevrilib.
Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevral ayının 2-də imzaladığı sərəncamla təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” proqramı ölkə qarşısında duran mühüm məsələlərin səmərəli həlli istiqamətində atılan növbəti addımdır. İndiyədək Azərbaycanda sosial-iqtisadi inkişafın təmin olunması məqsədilə çoxsaylı dövlət proqramları qəbul edilərək həyata keçirilmişdir. Bütün bunların nəticəsində ölkə iqtisadiyyatı dinamik inkişaf etmiş, əhalinin sosial müdafiəsi xeyli gücləndirilmişdir. Əmək haqları, pensiyalar, təqaüdlər və müavinətlər artırılmış, yoxsulluğun səviyyəsi minimuma endirilmişdir.
Həyata keçirilən islahatlar nəticəsində son 17 il ərzində ölkə iqtisadiyyatının 3 dəfədən çox artması, güclü sosial-iqtisadi infrastruktrun yaradılması da bu baxımdan mühüm faktorlardır. Prezident cənab İlham Əliyevin ötən onilliklərdə həyat keçirdiyi siyasət Azərbaycanı Cənubi Qafqazın əsas inkişaf mərkəzinə çevirmişdir. Hazırda ölkəmiz regionun müasir iqtisadi-siyasi mənzərəsini müəyyənləşdirən qlobal layihələrin təşəbbüskarı və eyni zamanda icraçısıdır. Bu layihələr bizə sülh, davamlı inkişaf, sabitlik və əminamanlıq, vətəndaşlara rifah gətirir. Azərbaycanın tutduğu yol, təklif etdiyi gələcək regionda hər kəsin maraqlarına xidmət edir.
Nöbəti 10 il üçün nəzərdə tutulmuş “Milli Prioritetlər” ölkənin sosial-iqtisadi inkişafını yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaqdır. Qarşıdakı 10 il ərzində ölkə iqisadiyyatının inkişafı, sosial ədalətə əsaslanan idarəetmənin formalaşdırılması üçün islahatlar davam etdiriləcəkdir. Bu baxımdan Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionda təhlükəsizliyin, sabitliiyin, rifahın və qarşılıqlaı faydalı əmədaşlığın forlmalaşmasında, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində aparıcı rolu bundan sonra özünü daha qabarıq formada göstərəcəkdir. İqtisadiyyatda tətbiq olunacaq yeniliklər və təsdiq olunmuş “Milli Prioritetlər” cəmiyyətin böyük hissəsinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir.
Pərvin Mahmudova,
YAP Zərdab rayon təşkilatının sədri