Yaponiya digər ölkələrdən Olimpiadaya gələcək heyət sayını məhdudlaşdırılmağı xahiş edir
Yaponiya digər ölkələrdən Tokio Olimpiadasına gələn dövlət başçılarını və digər liderləri müşayiət edən nümayəndə heyətlərinin sayına məhdudiyyət qoyulmasını xahiş edir.
Diaspor.info-nun "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə yerli "NHK" telekanalı məlumat verib.
Koronavirusa qarşı profilaktik tədbirlərlə bağlı Yaponiya digər ölkələrdən gələn nümayəndə heyətinin sayını ölkə rəhbəri müşayiət edilərsə 12 nəfərlə, bir nazirin gəlişini isə beş nəfərlə məhdudlaşdırmağı xahiş edir.
Bununla birgə bildirilir ki, Yaponiya tərəfi bu məsələni hər bir ölkə ilə ayrıca müzakirə etməyə hazırdır.
210