Dünyanın əşrəfi sayılan insan bəşər tarixi boyu nələr yaratdığını, nələrə qadir olduğunu hər zaman zamanın sınağında göstərmişdir. Mənəvi cəhətdən kamil olan insan yüksəlişə, ucalığa imza atmışdır. Sevindirici, qürurverici haldır ki, dövlətimiz və dövlətçilik siyasətimiz belə kamil insanpərvər şəxsiyyətlərlə zəngindir. Dünyaya Azərbaycanı tanıdan böyük şəxsiyyət ulu öndər Heydər Əliyev yolunun layiqli davamçısı İlham Əliyev də bu mütərəqqi əmələ xidmət edən insanlığı düşünən düzgün amal və strategiya ilə çalışan rəhbərdir.
2021-ci il 20 aprel tarixində Hacıqabula səfəri zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan televiziyasına verdiyi müsahibəsində işıqlı fikirləri, dövlət quruculuğundakı mütərəqqi addımları ilə fəaliyyətinin insan amilinə, onun sosial rifahına yönləndirilməsini bir daha təsdiq etmiş oldu.
Dövlətimizin inkişaf dinamikasını qayğıkeşliklə izləyən, onun yaradıcısı olan Prezidentimiz İlham Əliyev azərbaycançılığa xidmət edən xalqın xilaskar qəhrəmanıdır.
Torpaqlarımızın - Qarabağın işğalı zamanı və işğaldan sonrakı dövründə belə insan və onun sosial vəziyyəti həmişə dövlət başçısının diqqət mərkəzində olmuşdur. 2020-ci il qələbəyə qədər işğala məruz qalan Azərbaycanın müharibə şəraitində yaşamasına baxmayaraq, sosial həyatın yüksək səviyyədə olması, insanların rifah halının yaxşılaşdırılması üçün atılan hər addım təqdirə layiqdir. Müharibə zamanı arxa və ön cəbhədə əsl qəhrəman olan dövlət başçısı hər zaman insan amilini əsas tutmuş, vətəndaş təəssübkeşliyini nümayiş etdirmişdir.
Həyata keçirilən bütün layihələrdə insan faktoru önə çəkilmiş, yaşayış vəziyyəti yaxşılaşdırılmışdır. Əhalinin maddi və mənəvi ehtiyacları nəzərə alınaraq həyata keçirilən, reallaşdırılan planlar vətəndaşa olan qayğı və sevgi ilə köklənmişdir.
Yolların salınması, abadlaşdırılması, gələcəyimiz olan uşaqlar diqqət, iş yerlərinin açılması, biznes sahələrinin inkişafı, yaşlı insanların, müxtəlif səhələrdə çalışan insanların maddi durumunun yüksəldilməsi, tibb və təhsil sektorunda olan inkişaf insana olan qayğıkeşliyin aydın nümunəsidir. Dövlətimiz illər boyu müharibə şəraitində yaşasa belə, insanların sosial problemləri ilə maraqlanmış, çətinliklərin aradan qaldırılmasında var gücü ilə çalışmışdır.
Düzgün, ağıllı siyasət, idarəetmə, insanların rifah vəziyyətini daim, hər cür şəraitdə düşünmək Azərbaycana, onun şanlı tarixinə qələbə yazdı. Bu qələbənin təminatçısı olan İlham Əliyev xalqının-insanların maraqlarını düşündüyü, xalq və hakimiyyət birliyini dəmir yumruq kimi birləşdirdiyi üçün tarixi qələbəyə imza atdı. Prezidentimizin insanların sosial həyatının yaxşılaşdırılması üçün həyata keçirdiyi uğurlu addımlar salınan mədəniyyətə aparan yollarla Qarabağda reallaşdırmaqdadır. İşıqlı fikirlər Qarabağda insan həyatının normal və sivil səviyyədə olmasını təmin edəcək. Xalqını düşünən onun keçmişini bilən, bu gününü yaşayaraq gələcəyini quran dövlət və idarəetmə alqışa layiqdir. Xoşbəxt xalqıq ki, dövlət başçısı İlham Əliyev dövlətimizin istər siyasi, istər iqtisadi, istərsə də mədəni, sosial həyatı ilə bu cür hərtərəfli maraqlanır.
Ölkə başçısı İlham Əliyevin söylədiyi kimi neft kapitalı insan kapitalı ilə əvəz olunmalı, ölkənin gəlirləri insanların yaşayış səviyyəsinin yüksəldilməsinə yönəldilməli, Azərbaycan dünya standartlara cavab verən dövlət kimi gələcəyə doğru inamla addımlamalıdır. Həqiqətən də, Azərbaycan dünyaya günəş kimi doğacaq. Dövlətimizin siyasəti hər sahədə dəstəklənir, rəğbətlə qarşılanır.