"ABŞ Prezidenti Co Baydenin 1915-ci ildə qondarma "erməni soyqırımı" ilə bağlı bəyanatı, heç bir tarixi faktlara əsaslanmadığı üçün hüquqi əsası da olmayan yalnış təqdimatdır". Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Azərbaycan Milli QHT Forumunun vitse-prezidenti, Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri, COJEP Beynəlxalq Təşkilatının Mərkəzi Asiya ölkələri üzrə koordinatoru Nüşabə Məmmədova deyib.
Alyansın sədri vurğulayıb ki, ABŞ prezidentinin bu addımı, regionda və dünyada yenidən qarşıdurma meyllərinin, yeni münaqişə ocaqlarının yaradılmasına sürükləyən təxribat xarakterli addımdır.
"Prezident Co Baydenın bu addımı ilk deyil. Uzun illərdir bir çox ölkələrdə "erməni soyqırımı"nın tanınması ilə bağlı rəsmi qərarlar qəbul edilmişdir. Azərbaycan və Türkiyə dövlətləri olaraq, heç bir əsası olmadan bu qərarları qəbul edən rəsmi qurumların və ya şəxslərin beynəlxalq ali məhkəməyə təqdim edilməsinin zamanı çatıb.
Tarixçi olaraq qeyd etmək istərdim ki, 1915-ci ildə qondarma "erməni soyqırımı" ilə bağlı bir sıra ölkələrdə, o cümlədən Rusiya Sankt-Peterburq şəhərində Rusiya Dövlət Tarix arxivində, Rusiya Hərbi Dəniz Donanması arxivində, Saltıkova Mərkəzi Kitabxanasının arxivində, Gürcüstan Dövlət arxivində, İsveç, Moskva, Tartu və digər ölkələrin arxivlərində araşdırmalar aparmışam. Həmin arxivlərdə saxlanılan, saysız-hesabsız tarixi sənədlər sübut edir ki, heç bir "erməni soyqırımı" olmamışdır. Bu, bir qrup terrorçu qruplaşmaların uydurduğu, "Böyük Ermənistan" yaratmaq xülyasının tərkib hissələrindən biridir.
Birinci dünya müharibəsində Qafqaz cəbhəsində hərbi əməliyyatların başlanmasına qədər Rusiya imperiyasının bütün mərkəzi şəhərlərində yaşayan ermənilərdən rus ordusu tərkibində könüllü erməni drujinaları yaradılıb. Erməni tarixçisi Lalayan öz əsərində yazır ki, üç gün ərzində Türk ordusuna qarşı döyüşmək üçün 10 000 erməni silahlandırılmışdı. Əsas məqsəd əraziləri türksüzləşdirmək idi. Rus ordusunun tərkibindəki silahlı erməni dəstələri yerli silahlandırılmış ermənilərlə birləşərək yüz minlərlə dinc türk-müsəlman əhaliyə qarşı qətlyam etdilər, onları qaçqına çevirdilər. 1915-ci ilin yanvarında Sarıqamış, 1916-cı ildə Ərzurum, Trabzon, Ərzincan, Muş və digər ərzilər rus ordusu və erməni silahlı dəstələri tərəfindən işğal edildi. Bu ərazilərdə yaşayan türk-müsəlman əhalisi əksəriyyəti qadınlar, uşaqlar olmaqla kütləvi qətliam edildilər. Amerika tədqiqatçısı Jastin Maccarti həmin hadisələrlə bağlı yazır ki, "onlar türk olduqları üçün öldürülürdülər" . Birinci Dünya müharibəsi illərində Osmanlı dövləti ərazisində xarici havadarlarının dəstəyi ilə erməni silahlı dəstələri tərəfindən türk-müsəlman əhalisinin qətliama məruz qalmasına dair çoxsaylı beynəlxalq tarixi sənədlər vardır. Həmin sənədlər tarixi həqiqətin güzgüsüdür və "erməni soyqırımı" anlayışının əsassız olduğunun sübutudur", deyə Nüşabə Məmmədova bildirib