"Azərbaycanla qardaş ölkə Türkiyə arasındakı münasibətlər ən yüksək həddədir". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Cavid Osmanov deyib.
Onun sözlərinə görə, iki qardaş ölkə arasında siyasi, iqtisadi və s. kimi bir çox sahələrdə yüksək əməkdaşlıq platforması mövcuddur: "44 günlük Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazandığı bir dövrdə başda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın birmənalı olaraq bütün Türkiyə xalqının Azərbaycana siyasi və mənəvi dəstək verməsi, o cümlədən Azərbaycanın bütün platformalarda qardaş Türkiyənin yanında olması iki qardaş ölkə arasında münasibətlərin ən pik həddə olduğunu bir daha nümunə kimi göstərir. Ümumilikdə Azərbaycanla Türkiyə arasında olan münasibətlər dünya üçün bir nümunədir və dünyada ikinci belə bir dövlətlər yoxdu ki, bu qədər yaxın dost münasibətdə olsun. Azərbaycan enerji layihələrinin qardaş Türkiyə ərazisindən Avropa enerji təhlükəsizliyinin şaxələndirməsi və iki qardaş ölkənin bu sahədə birgə əməkdaşlığı o cümlədən həyatın digər sferalarında qarşılıqlı əlaqələrin, münasibətlərin qurulması əlbəttə ki, iki ölkə arasında qardaş, dostluq münasibətlərinin olduğunun bir daha nümunəsidir".
Müəllif: Arzu Qurbanzadə