ONLARIN XİDMƏTİ RƏHBƏRƏ VƏ DÖVLƏTƏ SƏDAQƏTDİR.
Ukraynada xidməti işimlə bağlı Nikalayev şəhərinə gedirəm.
Dostlardan aldığım xəbərə görə bu gün Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Naziri General-leytenant Fazil Ələkbərovun doğum günüdür.
Diaspor təşkilatlarının monitorinq mərkəzinin sədri kimi Naxçıvanda işgüzar səfərdə olmuşam.
Cənab General ilk öncə Sizi ürəkdən təbrik edirəm. Sizə can sağlığı Arzulayıram.
Mənim xatirimdə Cənab General Fazil Ələkbərov kimi necə qalıb: Rəhbərinə, DÖVLƏT Və Dövlətçiliyə Sədaqət nümunəsidir. Fazil müəllim insanlara davranışına görə istər Naxçıvan MR-sı Ali məclisinin Sədri Vasif Talıbov cənablarına, istər də Cənab Prezident İlham Əliyevə yalnız baş ucalığı gətirir.
Müşahidələrim mənə deyir ki, Naxçıvanda polisin işiylə bağlı gördüyünü MDB ölkələrində görməmisən. Bəli, bu həqiqətən də, belədir.
Qonaq olduğum Almaniya, İsveçrə, Avstriyada belə polisləri görmüşdüm.
Buna görə də Cənab General sizin xidmətləriniz danılmazdır.
Buna görə Cənab sədrimizə Ukraynada yaşayan soydaşlarımız adından minnətdarlığımı bildirirəm.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar və
Jurnalistlər Birliyinin Üzvü