Rusiya ilk dəfə Suriyadakı Xmeymim hava bazasına “Xəncər” hipersəsli raketlərlə təchiz edilmiş iki “MiG-31K” qırıcı təyyarəsi yerləşdirib.
Suriyadakı Rusiya komandanlığının məlumatına istinad edən rus saytları hipersəsli raket daşıyıcılarının bu ölkədə “təlim tapşırıqlarını” yerinə yetirəcəklərini və ümumiyyətlə, kifayət qədər irimiqyaslı hərbi təlimlərdə iştirak edəcəklərini bildiriblər.
Xatırladaq ki, bir müddət bundan əvvəl Rusiyanın Hərbi Dəniz və Aerokosmik Qüvvələrinin Aralıq dənizinin şərq hissəsində aviasiya təlimlərinə başladığı barədə məlumat verilmişdi.
Onu da bildirək ki, hələ bundan bir müddət əvvəl rusların sualtı qayıqlara qarşı “İl-38” təyyarəsi də Suriyaya göndərilmişdi.
Məlumat verilir ki, təlimlərin planına görə, Rusiya Hərbi Dəniz Qüvvələrinin beş gəmisi və iki sualtı qayığı, bundan əlavə sualtı qayıqlar əleyhinə təyyarələr, uzaq mənzilli bombardmançı, o cümlədən “MiG-31k” təyyarələri Suriyada Xmeymimin “təhlükəsizliyini təmin etmək” vəzifələrini yerinə yetirəcəkdir.
Ağasəf Babayev