Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, COVID-19 “Delta” ştammının müəyyən edilmiş koronavirus ştamları arasında ən yoluxucu olduğunu və peyvənd edilməmiş əhali arasında sürətlə yayılacağını söyləyib. Diaspor info RİA Novostiyə istinadən xəbər verir ki, təşkilatın baş direktoru Qebreyesus bu sözləri Cenevrədə bir brifinqdə söyləyib.
"Delta” variantı, təsbit edilən bütün COVID-19 variantları arasında ən yoluxucudur. Bu variant 85 ölkədə tapılıb və peyvənd edilməmiş əhali arasında sürətlə yayılır", deyə təşkilatın direktoru bildirib.
Onun sözlərinə görə, ÜST hazırda dünyada COVID-19 infeksiyalarında artım müşahidə edir ki, bu da ölüm nisbətinin artmasına səbəb ola bilər. ÜST rəhbəri əlavə edib ki, daha çox yeni hal xəstəxanaya qaldırılması və ölüm halları artıran sağlamlıq sistemlərinə və səhiyyə işçilərinə daha çox stres deməkdir.
Müəllif: İnam Hacıyev